"Əgər Nikol Paşinyan Rusiya ilə münasibətləri bir qədər də gərginləşdirsə, bu onun və komandasının siyasi intiharına səbəb olacaq. Çünki Moskvanı İrəvana onillikləri, yüzillikləri əhatə edən bir tel bağlayır".
Onews.az xəbər verir ki, bunu Ermənistandan olan jurnalist və blogger
Ani Sahakyan deyib.
Erməni jurnalistin fikrincə, İrəvanın Moskva ilə yollarını ayırması və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dayandırması İrəvana baha başa gələcək:
"Çox güman ki, baş verən proseslərə Kreml səssiz qalmayacaq. Hətta deyərdim ki, Moskvanın cavabı Paşinyan hakimiyyəti üçün öldürücü ola bilər. Nikol Vovayeviçin və komandasının siyasi arxivə göndərilməsi ehtimalı da böyükdür. Əgər Rusiya Ermənistana qarşı əzələ nümayişi etsə, Qərb kənara çəkiləcək. Qərb Gürcüstanda və Ukraynada etdiyini bir daha təkrarlayacaq. Yəni bizi ruslarla baş-başa qoyacaqlar. Görünür, Paşinyan hakimiyyəti bu tarixi məsuliyyəti dərk etməkdən çox uzaqdır ".
Fuad Süleyman