Onun atası milliyətçə tuva türkü, anası isə rusdur. Uşaqlığı Tuvadakı göllərin və dağların əhatəsində keçib. Atası Tuva Milli Arxivinin direktoru olub. O, atasından, eləcə də nənə və babasından tuvalıların şamanizm ənənələrini mənimsəyir. Uşaqlıqdan rəssamlığa meyilliliyi ilə seçilir.Elə indi də yağlı və sulu boya ilə təbiət rəsmləri çəkir. Arada qrafik rəssamlıqla məşğul olur.
Bu dəfə
Onews.az-da Rusiyanın müdafiə naziri
Sergey Şoyqunun hobbilərindən bəs edəcəyik.
Cənab Şoyqunun rəsmi dini xristianlıq olsa da, tez-tez tuva şamanlarının tapınaqlarına baş çəkir. İşdən vaxt tapanda tuva mifoloji qəhrəmanlarının heykəllərini yonur. O, müxtəlif sahələrə aid tarixi əşyalar toplamağı çox sevir. Kitab oxumaq da Rusiya müdafiə nazirinin əsas hobbilərindəndir.
Sergey müəllim ancaq 1812-1825-ci illər aralığında çap olunan kitabları toplayır. Həmin dövr Fransa-Rusiya savaşlarını əhatə edir. Onun zəngin bıçaq kolleksiyasının olduğu da bildirilir.
Hətta bir dəfə bu qədimi bıçaqlardan ibarət Rusiyada sərgi də təşkil olunur.
Dəmirdən və taxtadan heyvan füqurları hazırlamağı da bacarır. Şoyqunun dülgərlik və rəsm əsərlərini topladığı şəxsi emalatxanası mövcuddur.
Nazir müsahibələrinin birində dülgərlikdən xüsusi həzz aldığını dilə gətirir. Hətta bir dəfə prezident Putini də emalatxanasına dəvət edir. O, dostu putinlə çayda üzməyi və balıq tutmağı da çox sevir.
Bir sıra hallarda isə Rusiya prezidenti ilə birgə Tuvadakı Tanrı dağlarına dırmanmağa da vaxt tapır.
Tuvalı nazir bəzi işlərini dostu Putinə də göstərir və ona ən sevdiyi əl işlərini bağışlayır. Sergeyin XIX əsrdə çap edilən kitablardan ibarət zəngin kitabxanasının olduğu bildirilir.
Hətta bəzi məlumatlara görə, Şoyqunun Napaleon dövrünə aid 10 minlik kitabdan ibarət şəxsi kitabxanası mövcuddur.
Türk əsilli rus nazirin herbari albomunun olduğu da vurğulanır. Ekzotik bitkiləri qurudaraq kağız albomlara tikmək Rusiyanın türk kökənli nazirinin yeniyetməlik hobbilərindəndir.
Turan