İran və Çin arasında ticarət həcmi 4 ay ərzində 3 faiz azalıb.
Onews.az xəbər verir ki, Çin Gömrük İdarəsinin açıqladığı son statistik məlumatlar göstərir ki, bu ilin ilk 4 ayında ölkənin İranla ticarəti 5 milyard 57 milyon dollara çatıb.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% azalıb. 2023-cü ilin yanvar-aprel aylarında iki ölkə arasındakı ticarət mübadiləsinin dəyəri 5 milyard 231 milyon dollar olaraq açıqlanıb.
Fuad