Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Onews.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,40 ABŞ dolları, yaxud 1,55 % azalaraq 88,89 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ötən gün Azərbaycan nefti 90,29 dollara ticarət edilmişdi.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Fuad