Gürcüstan prezidenti Salome Zurabişvili “Seçki Məcəlləsi”nə edilən dəyişikliklərə veto qoyub.
Onews.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilir ki, sözügedən dəyişikliklə MSK-da qərar qəbul etmək üçün partiyalar arasında konsensusun olması zərurəti aradan qaldırılır və hakim partiya praktiki olaraq təkpartiyalı əsasda qərar qəbul etmək imkanı əldə edir.
Həmçinin prezident “korrupsiyaya qarşı mübarizə haqqında qanun”a düzəlişlər paketinə də veto qoyub. O, hesab edir ki, təqdim olunan düzəlişlər nöksanlıdır və Avropa İttifaqına daxil olmaq üçün 9 şərtdən biri olan Avropa Komissiyasının tələblərinə cavab vermir.
Fuad