Şəmkir Qadın Resurs Mərkəzi hər il olduğu kimi, uşaq hüquqları aylığı çərçivəsində Şəmkir Heydər Əliyev Mərkəzi və Gəncə Regional Ombudsman şöbəsinin birgə təşkilatçılığı ilə uşaq hüquqlarına dair maarifləndirici tədbirlər keçirildi.
Onews.az xəbər verir ki, silsilə tədbirlər rayon, qəsəbə və kənd məktəblərində davam edərək, yalnız məktəbliləri deyil, həm də müəllimləri və valideynləri müzakirələrə cəlb etdi. Bu tədbirlər, uşaqların hüquqlarının qorunması və cəmiyyətdə bu mövzuya dair məlumatlılığın artırılması istiqamətində böyük əhəmiyyət kəsb edir.