Bura dünyanın ən qəribə diyarlarından sayılır.
Respublikanın ərazisi olduqca kiçikdir.
Cəmi 21 kvadrat kilometrdir.
Bir sözlə, yarım günlük səhayət ölkəni tamamilə gəzməyə imkan verir.
Bu məmləkətin rəsmi paytaxtı yoxdur.
Amma inzibati mərkəzi Yaren şəhər tipli qəsəbəsidir.
Yəni, Şuşa şəhərinin ərazisindən 10-15 dəfə balacadır.
Ölkədə cəmi 11 min əhali yaşayır.
Onews.az-ın araşdırmasına görə, söhbət dünyanın “cırtdan ölkəsi”
Naurudan gedir.
100 il öncəyə qədər buralar Pleasant Adası adlandırılırdı.
Naurunun qonşuları Marşall adaları və Mikroneziyadır.
Kiçik ada dövləti olan Nauru dünyanın ən kök ölkəsidir.
Əhalisinin 95%-i artıq çəkidən əziyyət çəkir.
Piylənmənin əsas səbəbi Qərbin “fast food mədəniyyəti”nin sürətlə tətbiqindən qaynaqlanır.
Keçmişdə Nauru üzərində 12 qəbilə var idi.
Hazırda rəsmi bayraqlarındakı 12 bucaqlı ulduz da bu qəbilələri təmsil edir.
Ölkə ərazisinin demək olar ki, 10 faizi Nauru hava limanına məxsusdur.
Respublikadakı yeganə işıqfor da məhz hava limanında yerləşir.
Nauruda yapon məhbuslar üçün xüsusi həbsxana da mövcuddur.
Bu həbsxana ikinci dünya müharibəsinin yadigarıdır.
Yaren ətrafındakı çimərliklər olduqca qeyri-adidir.
Çimərliklərdə olduğunuz müddət ərzində çoxlu qəribə qaya formasiyaları görəcəksiniz.
Bir çoxları qayaların tarixi vulkan püskürmələri nəticəsində əmələ gəldiyini söyləyir.
Nauruya səyahət etmək üçün ən yaxşı vaxt mart-oktyabr ayları arasıdır.
Nauru ilə bağlı maraqlı faktlardan biri də Nauru xalqının birlikdə yemək bişirməkdən zövq almasıdır.
Onlarla birlikdə yemək bişirərkən çox əylənəcəksiniz.
Naurulular balıqları ləzzətlə qızartmaq barədə əla reseptlər bildiklərini söyləyirlər.
Maraqlı faktlardan biri də budur ki, Nauru xalqı LGBT turistlərini sevmir.
Tural Turan