Azərbaycan Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Onews.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Eyni zamanda, prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub.
Bundan başqa, ölkə başçısı Ağdam Sənaye Parkında Elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun açılışında iştirak edib.