Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi” və “Qanun” Hüquqi Yardım Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Onews.az xəbər verir ki, sənədi “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov və “Qanun” Hüquqi Yardım Mərkəzinin baş direktoru, vəkil Əli Bədirov imzalayıblar.
Sənədə əsasən, “Qanun" Hüquqi Yardım Mərkəzinin hüquqşünasları bir il ərzində “Azərbaycan Evi”ndə vətəndaşlara təmənnasız hüquqi yardım göstərəcəklər.
Vətəndaşlar hüquqi problemlərin təsnifatı barədə məlumatlandırılacaq, onlara dövlət orqanlarına ərizə və şikayətlərin yazılması qaydaları öyrədiləcək, bütün istiqamətlər üzrə məsləhətlər veriləcək.
Bəzi hallarda məhkəmə iddialarının qaldırılması və iddialara cavabların yazılması istiqamətində də xidmətlər göstəriləcək.
Elgiz