Demokratlar partiyasının Nyu-Cersi ştatından ermənipərəst senatoru Robert Menendes istefa verəcəyini açıqlayıb.
Onews.az xəbər verir ki, o, Senatı avqustun 20-də tərk edəcək.
Bundan əvvəl, Menendes senatorların çağırışlarına baxmayaraq, istefa verməkdən imtina edirdi.
Xatırladaq ki, iyulun 17-də ABŞ-də Andlılar məhkəməsi Robert Menendesi korrupsiya işində bütün ittihamlar üzrə təqsirli bilib. Belə ki, 70 yaşlı senator rüşvətxorluq, qəsb, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla 16 maddə üzrə təqsirli bilinib. “CNN” telekanalının məlumatına görə, qəsb və fırıldaqçılıq ittihamları hər bir maddə üzrə maksimum 20 ilə qədər həbs cəzasını nəzərdə tutur. Ümumilikdə 16 ittiham üzrə Menendesi 222 ilə qədər həbs cəzası gözləyə bilər.
Fuad