"Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası adlandırılan dərnəklərin mitinq keçirmək, aksiya təşkil etmək əmri Avropadan, Qərbdən verilib. Məqsəd Azərbaycanın ard-arda sıralanan uğurlarına kölgə salmaqdır. Azərbaycanda "narıncı inqilab" adı ilə ölkəni fəlakətə sürükləmək istəyirlər".Bunu
Onews.az-a açıqlamasında keçmiş millət vəkili, politoloq
Sona Əliyeva deyib.
Keçmiş millət vəkilinin sözlərinə görə, ilin, günün bu vaxtında özünü müxalifət adlandıran qurumların mitinq keçirmək istəyi bu arxiv qoxulu siyasi qurumun növbəti fiaskosu ilə nəticələnəcək:
"Özünü müxalifət adlandıran Əli Kərimli və onun başının dəstəsi Azərbaycan dövlətinin apardığı uğurlu strateji xəttə kölgə salmaq istəyir. Onlar müzəffər ali baş komandanın və dövlətimizin uğurlarını həzm edə bilmirlər. Hər zaman Qərbdəki havadarlarının sifarişlərini yerinə yetirən bu siyasət dəllalları yenə də iş başındadır. Onlar Qərbdəki qara qüvvələrin əli ilə ölkəmizdə çaxnaşma yaratmaq, ictimai asayişi pozmaq, bununla da cəmiyyətdə dövlətə və hakimiyyətə qarşı inamsızlıq formalaşdırmaq istəyirlər. Uzun illərdir xalq arasında nüfuzları, dayaqları olmadığı üçün seçkilərə qatılmaqdan, sandıq başında mübarizə aparmaqdan boyun qaçıranlar yenə də kin püskürməkdədirlər. Düşünürəm ki, Qərb dairələrindən aldıqları vəsaitləri bu yolla "silməyə" çalışacaqlar. Axı, onlardan hesabat tələb edəcəklər ki, aldığınız pulların müqabilində nələr etmisiniz?!
Ekspertin fikrincə, məhz buna görə də anti-milli şura üzvləri tələm-tələsik əl-ayağa düşüblər:
"Qərbin və Avropadakı bir sıra dairələrin diqtələrinə boyun əyməyən, balanslı, müstəqil, düşünülmüş beynəlxalq siyasət yürüdən bir dövlətə qarşı gəlmək sapı özümüzdən olan baltaların iç üzünü ortaya qoyur. Əminəm ki, həmin qaragüruhun tarixin arxivinə gömuləcəyi gün uzaqda deyil. Bu xalq 30 il əvvəl onlara layiq olduğu yeri göstərib. Tarixin cibilliyinə atıb və ən əsası qədirbilən millətimiz öz müzəffər ali baş komandanın ətrafında dəmir yumruq kimi birləşib ".
Turan