"Rus qoşunlarını ilk dəfə Azərbaycandan Əbülfəz Elçibəy hakimiyyəti yox, mən çıxarmışam. Mən rus donanmasını ilk dəfə Xəzər dənizindən çıxaranda Əbülfəz Elçibəy və onun komandası hələ hakimiyyətə gəlməmişdi".Bunu
Onews.az-a açıqlamasında Azərbaycanın keçmiş müdafiə naziri
Rəhim Qazıyev deyib.
Onun sözlərinə görə, rus qoşunları ilk dəfə Azərbaycandan 1993-cü ildə yox, ondan bir il əvvəl çıxarılıb:
"Həmin vaxt Əbülfəz Elçibəy və tərəfdarları hələ hakimiyyətə gəlməmişdilər. Milli Məclisin qarşısında hakimiyyətə gəlmək üçün sinə vururdular. Gərək hər şeyin doğrusunu deyəsən. Mənim əlimdə sənətlər, sübutlar var. Rəsmi sənədlərin nüsxələrini saxlayıram. Rus donanmasının Azərbaycandan çıxarılması 1992-ci ilin aprelində, mən müdafiə naziri olarkən baş verib. Həmin vaxt prezident səlahiyyətlərini Yaqub Məmmədov icra edirdi. Xalq cəbhəsi bu hadisədən iki ay sonra hakimiyyətə gəldi".
Tural Turan