Laçın rayonunun Sus kəndi bu gün əzəli sakinlərinin daha bir qrupunu qarşılamağa hazırlaşır.
Onews.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 24-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.
Bu mərhələdə Laçın rayonunun Sus kəndinə 39 ailə, 140 nəfər köçürülür.