• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

“Qara sentyabr”ın qanlı olimpiadası: Yəhudilər Almaniyada belə diz çökdürülür...

Siyasət

17-01-2026, 10:34
“Qara sentyabr”ın qanlı olimpiadası: Yəhudilər Almaniyada belə

İlk dəfə Fələstin dövlətinin adını 1970-ci illərdə bütün dünya qanla və vəhşətlə qoşa eşidird.
27 ildən sonra alman torpağında yenidən yəhudi qanı axıdılırdı.


Əslində terakta 3 həftə qalmış Almaniya polisi xəbərdarlıq almışdı.
Amma alman hökuməti bu xəbərdarlığa əhəmiyyət verməmişdi.


Hadisələrin gedişində isə Almaniya polisi əməliyyatdakı uğursuzluğunu ört-basdır etməyə çalışırdı.
Bu vaxta qədər nə İsrail, nə Almaniya, nə də Fələstin bu barədə sirrləri, əsl həqiqətləri açıqlamayıb.
İsrail tərəfi də amansız “Qisas” əməliyyatının sirrlərini açmağa tələsmir.

Onews.az xəbər verir ki, söhbət 1972-ci ildə Almaniyada baş tutan qanlı olimpiadadan gedir.

Münhen olimpiadasının qanlı faciəyə çevrilməsinin kökündə yenə də ərəb-yəhudi nifrəti dayanırdı.
İsrail komandası ikinci dünya savaşının bitməsindən sonra ilk dəfə olimpiadalara qatılırdı.
Özü də olimpiada 6 milyon yəhudinin qətlə yetirildiyi Almaniyada yaşanırdı.
Münhenə gələnlər arasında Hitlerin əsir düşərgələrində işgəncə görən yəhudilər də vardı.

Onlar İsrail bayrağı ilə alman torpağında olimpiadalara qatılmağın qürurunu yaşayırdılar.
Almaniyaya gələn olimpiaçı nümayəndə heyəti cəmi 30 nəfərdən ibarət idi.
Onlardan cəmi 15-i medallar uğrunda yarışacaqdı.
İsrail nümayəndə heyəti elə ilk gündən təhlükəsizlik tədbirlərindən narazı qalır.
Çünki onlar özləri üçün gücləndirilmiş mühafizə halqası tələb edirdilər.
Üstəlik, mühafizənin təşkilindən narazı qalmışdılar.

Olimpiya kəndinə giriş-çıxışın sərbəst olması onların narahatlıqlarını bir qədər də artırmışdı.
Təşkilatçılar isə yəhudilərin şikayətlərinə məhəl qoymurlar.
Terrorçular qanlı əməliyyat düyməsinə 5 sentyabrda, səhər saat beşdə basırlar.
“Qara sentyabr” terror qruplaşmasının idman geyimli 8 üzvü olimpiya kəndinə daxil olurlar.
Hasarı aşmağa isə fələstinlilərə kanadalı voterbolçular kömək edirlər.
Kanadalılar onları gecə gəzməyə çıxan idmançı sanırlar.
Terrorçular İsrail komandasının qaldığı otelə daxil olurlar.
Əvvəlcə otaqdakı 6 nəfər israillinin hamısı öldürülür.
Sonra digər otaqlardakı 11 israilli idmançı girov götürülür.

Terrorçular ağır çəkili güləşçiləri də yuxuda ikən haqlayırlar və onlar da ram edilir.
Girovların hamısı sonrakı saatlarda öldürüləcəkdi...

Müqavimət göstərənlərin hamısı – ümumilikdə 12 israilli idmançı yerindəcə güllələnir.
Cəmi 3 israilli idmançı otelin pəncərələrindən çətinliklə də olsa “yoxa çıxmağı” bacarırlar.
İsrail yığmasının məşqçisi Moşe Vaynberq isə daha amansızlıqla qətlə yetirilir.
“Qara sentyabr” terror qruplaşması hadisədən cəmi 2 il əvvəl yaradılmışdı.
Hərəkatın lideri Həsən Salami Yasir Ərəfatın yaxın silahdaşlarından idi.

Onlar belə bir qətliamı gerçəkləşdirməkdə yalnız bir məqsədlərinin olduğunu dilə gətirirlər.
Terrorçular həbsdəki 234 fələstinlinin dərhal azad olunması ultimatumunu səsləndirirlər.
İsrailin baş naziri Qolden Meyer isə terrorçuların bu tələbini qətiyyətlə rədd etdiyini dilə gətirir.

SİTAT: “Güzəştə getsək, o zaman dünyanın heç bir yerində yəhudi özünü güvəndə hiss etməyəcək”...

İsrailin bütün israrlarına rəğmən olimpiya oyunları davam etdirilir.
Paralel olaraq terrorçularla aramsız danışıqlara start verilir.
Hətta Almaniyanın daxili işlər naziri Hans Henşer dövriyyəyə girir.
Deyir ki, “yəhudiləri buraxın, məni girov götürün...”.
Silahlılar bu təklifi rədd edirlər.
“Bu, bizim məsələmizdir” – deyirlər.
İsraildə anlayırlar ki, girovları sağ buraxmayacaqlar.
Terrorçular təyyarə tələb edirlər və əks halda girovların hamısını öldürəcəklərini dilə gətirirlər.
İsrarlardan sonra israilli casuslar əməliyyata qoşulurlar.
Əməliyyat planı hazırlanır və İsrailli əməliyyatçılar sadəcə köməkçi qüvvə qismində prosesə qoşulur.
İlk atəşdə 2 terrorçu məhv edilir.
5 terrorçu isə atışmanın sonrakı mərhələlərində zərərsizləşdirilir.
Əməliyyat nəticəsində 3 terrorçu sağ ələ keçir və qandallanır.
Sağ qalan terrorçu Camal əl Haşim mətbuat konfransında deyir ki, terrorçuların girov götürülməsi əslində simvolik xarakter daşıyırdı.
SİTAT: “Əslində biz hamının diqqətini Fələstin xalqının taleyinə yönəltmək istəyirdik...”.

Liviya lideri Qəddafi isə ölən terrorçuların cənazələrini Almaniyadan tələb edir.
Liviyada terrorçularla vida mərasimi keçirilir.
Cənazə törənində 30 min insan qatılır.
Hətta ölənlərin şərəfinə yayılım atəşi açılır.

Ayyarım sonra həbsdəki terrorçular da azad olunur.
Sağ qayıdanlar da Liviyada qəhrəman kimi qarşılanırlar.
Bu İsrail dövləti üçün əsl fiasko demək idi.

Amma Tel-Əviv terrorçuların izinə dərhal düşür.
Yəhudi xüsusi xidmət orqanları 20 il davam edəcək “Qisas” əməliyyatına başlayır.

Bir terrorçu istisna olmaqla “qanlı olimpiada”nın bütün təşkilatçıları 20 il ərzində məhv edilirlər.

Turan

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

Araşdırma

9-01-2025, 11:05

Alman mətbəxinin sirrli üzü: 1500-dən artıq kolbasa və sosisi...

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət

20-09-2024, 16:30

Onlarla dərhal hesablaşmaq lazımdır - Behbud

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • 21-10-2026, 22:24
    Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!
  • 21-10-2026, 22:23
    Məktəb geyimi – təhsil mədəniyyətinin və milli dəyərlərin tərkib hissəsi
  • 21-10-2026, 16:20
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi
  • 21-10-2026, 16:12
    ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU
  • 21-10-2026, 15:41
    25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi
  • 21-10-2026, 15:33
    Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi
  • 21-10-2026, 15:26
    25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi
  • 21-10-2026, 15:24
    27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.
  • 21-10-2026, 15:22
    Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi
  • 21-10-2026, 15:17
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı
  • 21-10-2026, 15:14
    25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi
  • 21-10-2026, 14:53
    Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir
  • 21-10-2026, 14:47
    Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür
  • 20-10-2026, 17:04
    27 illik qaranlığın süquta uğradığı gün: 25 oktyabr Qubadlı Şəhəri Günüdür
  • 20-10-2026, 16:37
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi yaddaşdan gələcəyə uzanan yol
  • 20-10-2026, 16:31
    Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətinin əsas istiqamətlərini əks etdirir
  • 20-10-2026, 16:27
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Böyük Qayıdışın təntənəsi
  • 20-10-2026, 16:24
    prezident ilham əliyevin aqem-in 7-ci zirvə görüşündə çıxışı: azərbaycanın regional və beynəlxalq siyasətinin strateji prioritetləri
  • 20-10-2026, 16:11
    AQEM-in Bakı Zirvə Görüşü: Regional təhlükəsizlik və beynəlxalq hüququn əhəmiyyəti
  • 20-10-2026, 16:07
    Zəngilanın dirçəlişi – Böyük Qayıdışın və milli həmrəyliyin təcəssümü
  • 20-10-2026, 14:37
    Qayıdışın, qürurun və dirçəlişin ünvanı
  • 20-10-2026, 14:32
    ZƏNGİLAN: QƏHRƏMANLIQ TARİXİNDƏN İNKIŞAF ÜFÜQLƏRİNƏ
  • 20-10-2026, 14:29
    Zəngilan şəhəri günü: Altı il sonra 20 oktyabr tarixinə fərqli baxış
  • 19-10-2026, 15:48
    Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı: Azərbaycanın beynəlxalq əməkdaşlıq və sülh təşəbbüsləri
  • 19-10-2026, 15:36
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərdən Böyük Qayıdışa
  • 19-10-2026, 15:33
    20 oktyabr Zəngilan şəhəri günü-quruculuq və tərəqqinin yeni mərhələsi
  • 19-10-2026, 15:31
    Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı: regional əməkdaşlıq, təhlükəsizlik və Azərbaycanın beynəlxalq rolu
  • 19-10-2026, 15:28
    Azərbaycan–Laos münasibətlərində yeni mərhələ: Əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar
  • 19-10-2026, 15:26
    ZƏNGİLAN — İŞĞALDAN ZƏFƏRƏ DOĞRU
  • 19-10-2026, 15:22
    Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündə çıxışı Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətinin mühüm istiqamətlərini əks etdirir
  • 19-10-2026, 15:11
    Bakı Zirvəsi beynəlxalq əməkdaşlıq və qarşılıqlı etimad üçün yeni imkanlar yaradır
  • 19-10-2026, 15:01
    Füzuli Şəhəri Günü – Milli iradənin və tarixi qayıdışın təntənəsi
  • 19-10-2026, 14:58
    Füzuli: Zəfərdən sonra başlayan quruculuq və dirçəliş yol
  • 19-10-2026, 14:55
    Azərbaycan və Laos arasında münasibətlərin inkişafı üçün yeni imkanlar
  • 19-10-2026, 14:53
    Azərbaycan və Laos arasında dostluq münasibətləri: ənənələrdən gələcəyə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə