Ukrayna prezidenti Volodimir Zelenskinin dizayneri Elvira Həsənova prezidentin ABŞ səfərində geyindiyi geyim tərzini şərh edib.
“Onun geyiminin mahiyyəti sadəcə zahiri görkəm üçün deyil. Bu, Zelenskinin dünyaya mesajının bir hissəsidir və mahiyyəti onun xalqının yanında olduğunun isbatıdır.
O, müharibə dövrünün lideridir.
Müharibə dövründə siyasətçilərə rəsmi kostyumlar lazım deyil. Əsgərlərimiz döyüşəndə, insanlarımız sığınacaqda olanda kostyum geyinə bilmərik.
Bu seçim dəbdən daha çox şey ifadə edir. Bu tərz Ukrayna liderinin bir növ ünsiyyət vasitəsidir”.
Onews.az