• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Rus Dram Teatrının sentyabrın 16-dan 30-dək repertuarı AÇIQLANDI

Araşdırma

15-09-2024, 08:51


Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının sentyabrın 16-dan 30-dək repertuarı açıqlanıb.


Onews.az
xəbər verir ki, Rus Dram Teatrı sentyabrın 15-də “Yuxularımdan çıx” adlı ikipərdəli melodramanı təqdim edəcək. Tamaşa Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında səhnələşdirilib və ədibin 80 illik yubileyinə həsr olunub. Onun premyerası 2018-ci il iyunun 30-da olub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir.

Zaur və Təhminənin ehtiraslı eşq macərasından bəhs edən tamaşada mühafizəkar cəmiyyətdə belə sevgilərin xoşbəxt sonluqla bitmədiyi vurğulanır. Zaurun ailəsi intriqalar və öyüd-nəsihət yolu ilə onu fikrindən daşındırmağa çalışır və qonşunun Firəngiz adlı qızı ilə evləndirir. Amma o, vəfatından əvvəl vida məktubu yazan Təhminəyə olan hissələrini unuda bilmir, sevdiyi qadının obrazı yuxularından çıxmır.

Sentyabrın 20-də isə teatrın səhnəsində “Əli və Nino” tamaşası göstəriləcək. Tamaşa Qurban Səidin dünyada məşhur romanı əsasında hazırlanıb. Onun rejissoru İlqar Safatdır. Romanın hekayəsi 1911-1918-ci illərdə Bakıda baş verən real hadisələrə, müxtəlif dinlərə mənsub olan iki gəncin sevgi hekayəsinə əsaslanır.


Teatr sentyabrın 21-də “Sevgiyə görə bağışla” (“Aydın”) tamaşasını təqdim edəcək. Onun premyerası 2019-cu il noyabrın 23-də olub və Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyinə həsr edilib. Tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadə, quruluşçu rəssamı Sankt-Peterburqdan dəvət olunmuş Tatyana Melnikova, xoreoqrafı Xalq artisti Aleksandra Nikuşinadır, musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova məxsusdur. Aydın obrazını Murad Məmmədov, Gültəkin rolunu Həcər Ağayeva və Natəvan Hacıyeva ifa edirlər. Onun süjet xəttini Aydın ilə Gültəkinin faciəli taleyi, var-dövlət ilə insanlara bədbəxtlik gətirən tiplərin obrazı olan Dövlət bəyin məkri təşkil edir.


Sentyabrın 22-də “Mən, sən, o və telefon” tamaşası göstəriləcək. Onun premyerası 2022-ci il oktyabrın 7-8-də olub. Tamaşaya quruluş vermək üçün Sankt-Peterburqdan soydaşımız – istedadlı rejissor, Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunu, artıq Azərbaycanda, Rusiyada, Qazaxıstanda tamaşalar qoymuş Ərşad Ələkbərov dəvət olunub. Bu tamaşanın quruluşçu rəssamı Kristina Danilinadır (Rusiya). Xalq yazıçısı Anarın əsəri əsasında səhnələşdirilmiş tamaşa telefonun baş qəhrəmanlar arasında birləşdirici halqa olduğu hadisədən bəhs edir. Rüstəmlə Mədinənin sevgi hekayəsi bu telefonun ətrafında cərəyan edir. Ancaq sonradan başqa bir aşiq personaj - Seymur əlavə edildikdə, hər şey daha da qarışıq olur. Bu sevgi üçbucağı iştirakçılardan ikisinin eyni şəxs olması ilə diqqəti çəkir.


Teatr sentyabrın 27-də “Yekaterinanın yataq otağında gecə” tamaşasını təqdim edəcək. O, Vladimir Ovsyannikovun “Gecə irəlidədir” pyesi əsasında hazırlanıb, quruluşçu rejissor Emin Mirabdullayevdir. Əsərin qəhrəmanı Daşa atasının ağır xəstəliyi ilə əlaqədar çətin vəziyyətlə qarşılaşıb. O, etik normalardan uzaq olan üsullardan istifadə etməklə bu vəziyyətdən çıxış yolu tapmaq məcburiyyətindədir. Vaxtilə onunla bir sinifdə oxuyan, varlı ailədən olan Artyom nə vaxtsa tapdalanmış mənliyinə görə Daşadan intiqam almaq istəyir, lakin bunun fəsadlarını düşünmür. Nə xoş ki, həyatda yaxşı insanlar çoxdur. Bəzən tale çıxılmaz görünən vəziyyətlərdə kömək olur.


Sentyabrın 28-də bu il martın 8-də premyerası olmuş “Səkkiz sevən qadın” tamaşası oynanılacaq. Ünsiyyət, ailə və nəsillərin münaqişəsi problemlərinin satirik tədqiqatını təsvir edən təsirli detektiv pyesin quruluşçu rejissoru Raulya Turkkandır. Pyes 1958-ci ildə Rober Tom tərəfindən yazılıb və ilk dəfə Parisdə 1961-ci ildə “VII Eduard” teatrının səhnəsində tamaşaya qoyulub. Tamaşada hadisələr şəhərkənarı evdə səkkiz qadının Milad bayramını qeyd etməyə hazırlıqları səhnəsi ilə başlayır. Lakin birdən hər şey dəyişir, kabinetdə kürəyinə bıçaq sancılmış ev sahibinin meyiti tapılır. Müxtəlif səbəblərdən polisin gəlişi ləngiyir. Nəticədə səkkiz qadının hər biri şübhə altında olur. Bir vaxtlar gözəl, xoşsifət qadınlar adətən çox çətin vəziyyətlərdə olduğu kimi bir-birini öldürməyə, mehriban və xoşbəxt ailə idilliyasını dağıtmağa hazırdırlar. Sirlər və gizli istəklər üzə çıxır, illərlə qalaqlanan ailə problemləri elə həvəslə müzakirə olunur ki, qətl mövzusu ikinci plana keçir.


Teatrın kollektivi sentyabrın 29-da “Üç gözəl” tamaşası ilə bu ayın repertuarına yekun vuracaq. Valentin Krasnoqorovun pyesi əsasında hazırlanan tamaşanın premyerası bu il yanvarın 13-də keçirilib, onun quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir. Tamaşada maraqlı zarafatlarla və şən əhvalatlarla dolu adi bir günün sevgi axtarışı üçün dönüş nöqtəsinə çevrilməsindən bəhs edilir. Müxtəlif xasiyyətli, fərqli taleli və temperamentli üç rəfiqə bir an içərisində öz talelərini kökündən dəyişmək və həyat yoldaşı tapmaq qərarına gəlirlər. Burada internet onların köməyinə gəlir.

Repertuarla bağlı müfəssəl məlumatı 493 00 63, 493 76 54 nömrəli telefonlar vasitəsilə almaq olar.

Fuad

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət

7-09-2024, 14:09

İrandakı seçki nələri dəyişəcək? - SENSASİON DETALLAR

Art

23-02-2026, 19:09

“Adsız Qadın” Ankarada nümayiş olundu

---

26-01-2026, 17:06

Qadın kimliyi - Sona Əliyeva YAZIR

Siyasət

28-05-2024, 11:04

Deputat Jalə Əhmədova: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”

Araşdırma

25-10-2024, 12:39

Yunan və erməni kökənli Xalq artistimiz: Bağırovun təltif etdiyi Basmaçyan kimdir?

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 03:35
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • Dünən, 19:13
    Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının artırılması: iqtisadi əməkdaşlığın yeni inkişaf mərhələsi
  • 3-08-2026, 22:45
    Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərində yeni mərhələdir
  • 2-08-2026, 18:49
    Strateji müttəfiqlik Azərbaycan–Qırğızıstan əlaqələrini gücləndirir
  • 2-08-2026, 15:17
    Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri: Azərbaycan–Qırğızıstan müttəfiqliyinin yeni inkişaf mərhələsi
  • 2-08-2026, 15:10
    Azərbaycan–Qırğızıstan münasibətləri: dostluqdan strateji tərəfdaşlığa doğru
  • 1-08-2026, 19:18
    Qardaş ölkəyə səfər, yeni hədəflər: Azərbaycan–Qırğızıstan münasibətlərində növbəti güclü dönəm
  • 1-08-2026, 18:48
    Azərbaycan Orta Asiyaya da günəş kimi doğur
  • 1-08-2026, 15:20
    Azərbaycan Dilinin Zəfəri-Milli Birliyimizin Rəmzi
  • 30-07-2026, 22:15
    Dilimiz varlığımızdır. Dilimiz kimliyimizdir. Dilimiz Vətənimizin səsidir.
  • 30-07-2026, 16:40
    1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
  • 30-07-2026, 16:15
    1 Avqust – Azərbaycan Əlifbası və Ana Dili Günü
  • 30-07-2026, 16:12
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü: Ana dilimiz milli kimliyimizin və dövlətçiliyimizin əbədi təməlidir
  • 29-07-2026, 17:30
    Azərbaycan dili-milli birliyimizin və dövlətçiliyimizin təməlidir
  • 29-07-2026, 16:18
    1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü: Milli - Mənəvi Kimliyimizin Sütunu – Azərbaycan Dilinə Dövlət Qayğısının
  • 29-07-2026, 15:49
    Azərbaycan dilinin və əlifbasının dünəni, bugünü və gələcəyi.
  • 29-07-2026, 15:30
    Azərbaycan dili milli birliyimizin və mənəvi irsimizin təməlidir
  • 29-07-2026, 15:13
    Ana dilimiz milli varlığımızın ifadəsidir
  • 29-07-2026, 15:08
    Ana dilimizə hörmət - gələcəyimizə qoyulan ən dəyərli töhfə
  • 28-07-2026, 23:22
    Əlifba – Millətin Yaddaşı Dilin Gücü və Müstəqilliyin Rəmzi
  • 28-07-2026, 20:32
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili: Milli kimliyimizin ən dəyərli xəzinəsi
  • 28-07-2026, 14:41
    Görünməz Dünyanın Qəzəbi: Bakteriyalar və İnsan Enerjisi...
  • 24-07-2026, 15:34
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 24-07-2026, 15:34
    Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
  • 23-07-2026, 22:54
    Azərbaycan–Almaniya iqtisadi əməkdaşlığı: Dayanıqlı inkişaf və maliyyə sabitliyinə aparan yol
  • 23-07-2026, 22:52
    Azərbaycan – Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi: Berlin səfərinin siyasi və iqtisadi əhəmiyyəti
  • 23-07-2026, 22:50
    22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 23-07-2026, 22:46
    Azərbaycanın yüksələn nüfuzu Berlin görüşündə təsdiqini tapdı
  • 23-07-2026, 22:45
    Azərbaycan Qərbə işıq saçır: Bakı-Berlin əməkdaşlığı daha da dərinləşir
  • 23-07-2026, 22:44
    Azərbaycan–Almaniya münasibətlərində etibarlı tərəfdaşlığın yeni mərhələsi
  • 23-07-2026, 22:42
    Azərbaycan və Almaniya Münasibətlərində Yeni Səhifə: Strateji Tərəfdaşlıq və Gələcəyə Baxış
  • 22-07-2026, 11:43
    Şəhərin iki üzü: Ziddiyyətlər içində yaşayan tənhalıq
  • 20-07-2026, 17:27
    Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında mühüm addım
  • 20-07-2026, 17:23
    Dövlətçilik və medianın strateji birliyi
  • 20-07-2026, 17:21
    Milli Mətbuat Günü – Həqiqətin işığında keçilən yol
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə