• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Yüzlərlə təyyarəni, gəmini və insanı yoxa çıxaran “Şeytan üçbucağı”: Ora haradır?

Araşdırma

8-01-2025, 20:23
Yüzlərlə təyyarəni, gəmini və insanı yoxa çıxaran “Şeytan üçbucağı”:

Bura dünyanın ən sirli və qorxulu nöqtələrindəndir.

O qədər qorxuludur ki, bura “Şeytan üçbucağı” da deyirlər.
Qorxulu burulğanların at oynadıb hamını mat qoyduğu bu sir dağarcığının içərisinə düşüb oradan sağ-salamat geri qayıdan hələ ki, olmayıb.
Uzun illərdir ki, alimlər bu “Şeytan üçbucağı”nın başına dolansalar da, onun sirli sandığında nələrin saxlandığını aydınlaşdıra bilmirlər.

Onews.az xəbər verir ki, söhbət neçə-neçə gəmiləri, təyyarələri yoxa çıxaran, onlara “itkin” damğası vuran Bermud üçbucağından gedir.

Hələ 1502-ci ildə adanı kəşf edən Bermudes buranı gəmilər üçün təhlükəli olan sualtı qayalar, “qəfil dayazlıqlar”la əhatə olunduğunu öz gündəliyinə qeyd etmişdi.
Bermud üçbucağı Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir.

Bu qorxu və vahimə yuvası təqribən yarım milyon kvadrat mil sahəni tutur.
Son yüz ildə 100-dən çox gəmi və təyyarələr burada naməlum şəraitdə yoxa çıxır.

Onların sonrakı aqibəti ilə bağlı bu günə qədər hər hansı məlumat əldə etmək mümkün olmur.
Hətta dənizin dibinə bir neçə dəfə ekspedisiya qrupu göndərilməsinə cəhdlər göstərilir.
Amma yenə də bir nəticə əldə edilmir.
1840-cı ildə Baham adalarının paytaxtı olan Nassau limanının yaxınlığında Fransanın "Rozali" gəmisi aşkarlanır.

Əla vəziyyətdə olan gəmidə hər şey qaydasında idi, bircə şeydən başqa...
Gəmi heyəti yoxa çıxmışdı...
Gəminin jurnalında heyyətin başına gələn hadisə barədə heç bir qeyd aparılmamışdı.
Bununla da "Bermud üçbucağı"-nın qeyri-adi tarixçəsi başlayır.

Bu tarixçənin səhifələrində 103 ton su tutumu olan "Mariya Çelesta" gəmisinin başına gələn müəmmalı hadisə xüsusi yer tutur.
Hadisə 7 noyabr 1872-ci ildə baş verir.
Aşkar olunan bu gəminin də heyəti yoxa çıxır.

Çox keçmir ki, kerosin yükü ilə Nyu-Yorkdan Genuaya istiqamət alan "Dei Qratia" gəmisi Azor adaları rayonunda aşkarlanır.
Gəminin göyərtəsində heç kim yox idi.

Yaxınlıqdan keçən gəminin kapitanı Morxaus səsgücləndirici vasitəsilə gəmidə kiminsə olmasını yoxlamaq istəyir, lakin cavab gəlmir.
20 oktyabr 1902-ci il. Atlantik okeanında Almaniyanın "Freya" ticarət gəmisinə rast gəlinir
Yenə də gəmidə heyyət yoxa çıxmışdı.
4 mart 1918-ci il... ABŞ-nın 12 min ton su tutumu olan "Siklop" gəmisi 309 nəfər heyyət üzvü ilə Barbados adasından səfərə çıxır.

Baltimora istiqamət götürən "Siklop" təyin olunan yerə gəlib çatmır.
Hər hansı bir həyəcən siqnalı da qeydə alınmır.
Vahimə zonasındakı ən məşhur hadisə isə "Meri Selist" gəmisinin "Bermud üçbucağında" yoxa çıxmasıdır.

Lakin çox sonralar – 1872 "Deja Qrasiya" adlanan ingilis gəmisi təsadüfən "Meri Selist" gəmisinə rast gəlir.
Bu hadisədə maraqlısı odur ki, gəmidə heç bir həyat əlaməti olmasa da, buradakı bütün əşyalar, sənədlər, çarpayılar, stol, ərzaq və s. səliqə ilə yerində qalmışdı.
Sözügedən zonada son 27 ildə mindən çox adam itkin düşür
Lakin axtarışlar zamanı bir dənə də olsun meyid və digər əlamətlər aşkar olunmur.
Ötən əsrin ortalarında kahinlər buranı “ölüm beşiyi” adlandırırdılar.

Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anormal zona sayılır.
Bəzən təyyarə və ya gəmilərin birdən yoxa çıxması, yenidən görünməsi, vaxtından əvvəl təyinat yerinə çatması kimi hadisələr də baş verir.
Hələ 1950-ci illərin sonlarında bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd olunur.
Dünyanın nüfuzlu beyin mərkəzləri buranı “naməlum fizika qanunlarının etibarlı olduğu nöqtə” kimi təqdim edir.

Yoxa çıxan təyyarə və gəmilərin sayı artdıqca bura fizika qanunlarının işləmədiyi, qeyri-adi bölgə kimi məşhurlaşır.
Hətta bəziləri buranı “lənətlənmiş bölgə” də adlandırmaqdan çəkinmir.
1964-cü ildə Vinsent Qaddis adlı amerikalı yazıçı “Arqosy” jurnalında tarixdə ilk dəfə olaraq "Bermud üçbucağı" ifadəsini işlədir.

Bermud üçbucağı 1970-ci illərdə Çalz Berliçin “Bermud üçbucağı” adlı bestselleri çap edildikdən sonra daha da məşhurlaşır.
Onun faktiki sahəsinin Mayami, San Xuan, Puerto-Riko və Bermud adalarının birləşdiyi “kor nöqtə” olaraq göstərir.

Lakin digər alimlər onun bu fikirlərini heç də ciddiyə almırlar.
Onların fikrincə, “Bermud üçbucağı”nın ümumi sahəsi 1.3 milyon km2-dən 3.9 milyon km2 arasında dəyişir.

Bəs təyyarələr, gəmilər niyə məhz burada itkin düşürlər?

Bəzi alimlərin fikrincə, həmin zona tufan və qasırğalar baxımından çox təhlükəli zona sayılır.
Xüsusilə “Qolfstrim” cərəyanının oradan keçməsi onu göstərir ki, “Bermud” sirrinin çoxlu araşdırılmamış tərəfləri var.

İnsanları narahat edən və qorxudan, minlərlə insanın yox olduğu, bir-birinin ardınca bir çox sirlər saxlayan bu möcüzə nədir? İnsanlar hara yox olur? Naməlum dünyaya düşür, yoxsa sirli kosmik varlıqlar tərəfindən əsir götürülür?
Alimlərin inandırıcı olmayan teoremləri çoxaldıqca bir çoxları düşünür ki, qeybə çəkilən təyyarə və gəmiləri, insanları UNO-lar əsir götürür.
Hətta onların paralel dünyaya götürüldüklərini düşünənlər də var.

Amma indiyə qədər bir başı papaqlı alim qorxulu qəza üçbucağı ilə bağlı əsl həqiqətləri üzə çıxarmaqda acizdir.

Görünür, milyonlarla insanın qorxuluğunu götürəcək həmin fakt elə tanrının özündə gizlidir.

Turan

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət

27-10-2024, 13:48

Dünyanın ən böyük dəniz qoruğu: Hələ də elmə məlum olmayan canlılar...

Siyasət

22-10-2024, 10:00

Nüvə müharibəsi təhlükəsi artırmı? - DETALLAR

Siyasət

24-10-2024, 11:00

Dünyanın ən kiçik paytaxtı: Turizm cənnəti, ən qədim palmalar və…

Siyasət

24-10-2024, 09:30

Dünyanın ən kiçik paytaxtı: Turizm cənnətinin meyvələri isə on ilə yetişir…

Biznes

20-06-2024, 21:09

Axtarışda olan 11 nəfər itkin tapıldı

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 15:23
    Mədəniyyətlərarası dialoqun regional sülh və təhlükəsizlikdə rolu.
  • Bu gün, 15:21
    Azərbaycan Sivilizasiyalararası dialoq körpüsü
  • 30-10-2026, 15:33
    Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır
  • 29-10-2026, 14:23
    2026-cı il oktyabrın 27-də “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
  • 29-10-2026, 14:15
    Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır
  • 29-10-2026, 14:13
    Bakı Forumu beynəlxalq əməkdaşlığın və sülh naminə dialoqun inkişafına töhfə verir
  • 29-10-2026, 14:06
    Multikultural dəyərlər Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərinin əsasını təşkil edir
  • 29-10-2026, 14:03
    Mədəniyyətlərarası dialoq – ortaq gələcəyin və qarşılıqlı anlaşmanın əsası
  • 29-10-2026, 14:01
    Ortaq gələcək naminə dialoq Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı:
  • 28-10-2026, 15:01
    Dialoq yalnız söz deyil, ortaq gələcəyə məsuliyyətdir
  • 21-10-2026, 22:24
    Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!
  • 21-10-2026, 22:23
    Məktəb geyimi – təhsil mədəniyyətinin və milli dəyərlərin tərkib hissəsi
  • 21-10-2026, 16:20
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi
  • 21-10-2026, 16:12
    ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU
  • 21-10-2026, 15:41
    25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi
  • 21-10-2026, 15:33
    Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi
  • 21-10-2026, 15:26
    25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi
  • 21-10-2026, 15:24
    27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.
  • 21-10-2026, 15:22
    Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi
  • 21-10-2026, 15:17
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı
  • 21-10-2026, 15:14
    25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi
  • 21-10-2026, 14:53
    Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir
  • 21-10-2026, 14:47
    Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür
  • 20-10-2026, 17:04
    27 illik qaranlığın süquta uğradığı gün: 25 oktyabr Qubadlı Şəhəri Günüdür
  • 20-10-2026, 16:37
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi yaddaşdan gələcəyə uzanan yol
  • 20-10-2026, 16:31
    Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətinin əsas istiqamətlərini əks etdirir
  • 20-10-2026, 16:27
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Böyük Qayıdışın təntənəsi
  • 20-10-2026, 16:24
    prezident ilham əliyevin aqem-in 7-ci zirvə görüşündə çıxışı: azərbaycanın regional və beynəlxalq siyasətinin strateji prioritetləri
  • 20-10-2026, 16:11
    AQEM-in Bakı Zirvə Görüşü: Regional təhlükəsizlik və beynəlxalq hüququn əhəmiyyəti
  • 20-10-2026, 16:07
    Zəngilanın dirçəlişi – Böyük Qayıdışın və milli həmrəyliyin təcəssümü
  • 20-10-2026, 14:37
    Qayıdışın, qürurun və dirçəlişin ünvanı
  • 20-10-2026, 14:32
    ZƏNGİLAN: QƏHRƏMANLIQ TARİXİNDƏN İNKIŞAF ÜFÜQLƏRİNƏ
  • 20-10-2026, 14:29
    Zəngilan şəhəri günü: Altı il sonra 20 oktyabr tarixinə fərqli baxış
  • 19-10-2026, 15:48
    Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı: Azərbaycanın beynəlxalq əməkdaşlıq və sülh təşəbbüsləri
  • 19-10-2026, 15:36
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərdən Böyük Qayıdışa
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə