• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Xalça oğrusu - Tural Turanın HEKAYƏSİ

Art

12-01-2026, 16:50
Xalça oğrusu - Tural Turanın

Onews.az yazıçı Tural Turanın "Xalça oğrusu" hekayəsini təqdim edir:

***

Məscidin həyətinə toplaşmış kənd camaatı qaşlarını düyünləyib bir qolu polis serjantının biləyinə qandallanmış Sayalı arvada baxırdı. Sayalı arvad başını yerdən qaldırmırdı. Arabir şalını gözünün üstünə çəkirdi ki, ona baxan qonum-qonşuları ilə göz-gözə gəlməsin.

Camaatı məscidin önünə Axundun köməkçisi Yelli Möşü küyləmişdi. Axundunmu tapşırığı idi, ya öz yastığının altından çıxmışdı, orasını bilmirəm. Qarayallı camaatına da bir hay bəsdi. Hamı hoqqa-mərəkə armağıdı. Nəsə olsa, camaat işini-gücünü atır, tamaşaya durur, kişilər çayçıda, arvadlar yolda-yolaqda, bulaq üstə bir həftə həmin hadisədən gap edir... Ta təzə hoqqa-mərəkə, tamaşa qurulana kimi...

Kəndin cavan dindarları bir qolu qandallı arvada atmaca atmağa başladılar:
-Əxlaxsızın biri, əxlaxsız!
-O göydəki Allah səninq əllərinqi qurudajax!
-Tutduğu işə bax bir!
-Ayıvına kül olmuş!
İncəvara, məscidin çəpərinin o tayında qalmış bulaqbaşı, yol-yolaq arvadları dinmirdilər. Eləcə olub-bitənə baxırdılar. Hamını süzürdülər. Bəzən Sayalının danışığından bezib burnunu eşən Kalsühsün Qasıma baxırdılar, bəzən də yanqırları ətinə batmış dırnağını yeyən Tərəkə Temiri süzüb irişirdilər...

...Müstəntiq Tumarlı sözə başlamazdan əvvəl səsini arıtlamağa başladı. Udqundu. Camaatın səsi kəsildi. Dillərindən çıxanlarını baxışlarına çuval-çuval baxışlarına yüklədilər. Sayalı arvada zillənən o baxışları mənəm-mənəm deyən gönü qalın təlxək də həmin yükün altında arxı o tərəfə keçə bilməzdi.

Sonra müstəntiq Sayalı arvada birinci sualını verdi?
-Nə vaxt oğurladın xalçanı?
-Gecə birə işləmiş. Axund gedəndən sonra...
Axundun qaşları düyünləndi. Yumruğu sıxıldı. Sonra müstəntiqə baxıb əlini boşaltdı. Baxışlarını Sayalı arvaddan çəkib aşağı dikdi, sol əlindəki üzüyü ilə oynamağa başladı.
Kapitan Tumarlı isə camaatın baxışları altında sorğu-suala davam edirdi. Aranı yumşaltmaq üçün sualları da mollasayaq verməyə üz qoydu:
-Niyə oğurladın Allah evinin xalçasını?
-Evimiz soyuqdur. Üzr istəyirəm, uşaqlar körpədi. Balacanın 5 yaşı var. Titrəşirdilər. Ürəyim dözmədi. Yoldaşım şəhiddi. Dörd ildir ki, ailəni mən dolandırıram. Səhərdən axşama kimi xəstəxanada oluram. Süpürgəçi işləyirəm. Uşaqlar da torpaq döşəməli damın altında qalır. Birdən ağlıma gəldi ki, məscidin xalçasından kəsib evə gətirim, uşaqların ayağının altına salım.
-Sonra gedib kəsib gətirdinq eləmi?
-Yox, birinci dəfəmə ürəy eləyə bilmədim. Qorxdum.
-Kimdən qorxdun?
-Allahdan, axunddan, dindarlardan, adamlardan, sizin özünüzdən.
-Bəs sonra niyə qərarını dəyişdin?
-Balaca gədəmin üzünə baxdım. Göm-göy göyərmişdi. Sanki tanrı da dedi ki, bu uşağa yazıqdı, nətəri anasan, dur get kəs...
- Bəs niyə kəsirdin, bütöv aparardın də?
-Artığı mənim nəyimə lazım - bir anlıq duruxur - hamı bilir, komamız dördün-üçə bir daxmadı. Başımdakı şalımı açdım, bu şalla evi metrələdim. 7 şal uzunu gəldi, 5 şal eni... Cehizlik yorğan qayçımı çəkməcədən götürüb getdim məscidə. Elə girişdəncə kəsdim. Ayağımda palçıqlı qaloş vardı deyə çox içəri keçmədim. Xalçanı evə gətirdim. Sonra da ürəyim durmadı. Gedib “uçasqovıya” dedim...
Müstəntiq tutuldu. Camaatın zilə qalxan tənəli sözlərini bir qədər yumşaltmaq üçün ikinci sualını verdi:
-Bəs qorxmadınmı Allahın qəzəbinə tuş gələrsən?
Sayalı arvadın çiyinləri titrədi. Bir qədər duruxdu. Xəfifcə udqunduqdan sonra aramla dilləndi:
-Bu 45 ildə Tanrıdan 3 metrlik xalça oğurlamışam. Allah böyühdü, rəis. Bağışdıyar yəqin... Məni bağışlamasa da, atasız tifillərimə görə keçər günahımdan... Kaş ərimi müharibəyə aparmıyeydılar, ölmüyəydi, bu gün mən yox, o çıxaydı camahatın qavağına...
Məscidin qabağına yığışan yaşlılar Sayalı arvadın sözün mıxını hara çaldığını o saat anladılar. Başları yorğun saat əqrəbləri təki ağır-ağrı aşağı dikildi.

..Hamı susmuşdu. Sayalı arvadı polis maşınına mindirib aparmaq istəyəndə başını qaldırıb məscidlə üzbəüz qəbristanlığa – müharibədə həlak olmuş ərinin məzarına baxdı. Kişinin qəbri camaata arxasını çevirmişdi. Elə o da arxadan dilləndi:
-Məni bağışla, kişi. Allahla bu gündən küsülüyük, uşaqlarımızı sənə tapşırıram.
Müstəntiq Sayalı arvadı polis maşınına mindirib apardıqdan sonra azan verildi. Dindarlar məscidə doluşdular. Sayalının tamaşasına gələn yamşaqlı kənd arvadları isə evlərinə dağılışdı. Mən qoyunları xalxaldan açıb örüşə aparanda xalça oğrusunun ayağı qaloşlu körpələri hələ də məscidin qabağında torpağın üstündə oturub oynaşırdılar...

20 noyabr 2019-cu il
Bakı


Tural Turan

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Araşdırma

12-10-2024, 15:10

Xalça oğrusu - Tural Turanın HEKAYƏSİ

Art

7-01-2025, 10:42

Xalça oğrusu - Tural Turanın HEKAYƏSİ

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

Art

9-01-2025, 10:42

Bozlaşma dövründən uşaqlığımızın rəngli kişilərinə doğru... - ESSE

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Araşdırma

15-09-2024, 08:51

Rus Dram Teatrının sentyabrın 16-dan 30-dək repertuarı AÇIQLANDI

Araşdırma
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Almazlar və quraqlıqlar diyarı:
Almazlar və quraqlıqlar diyarı: pul vahidi “yağış” olan quraqlıqlar ölkəsi...
Əfsanəvi karnavallar şəhəri haqqında
Əfsanəvi karnavallar şəhəri haqqında İLGİNC FAKTLAR
Bir ifadənin tarixi: "Tufanan dağılmasın" haradan gəlir?
Bir ifadənin tarixi: "Tufanan dağılmasın" haradan gəlir?
Biznes
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Nobel mükafatçısı türk lirəsindən
13-09-2025, 22:46
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Gələn il neft və qaza təlabat nə qədər olacaq?
10-09-2025, 16:49
Gələn il neft və qaza təlabat nə qədər olacaq?
Son xəbərlər
  • Bu gün, 15:04
    BƏXTİYAR VAHABZADƏNİN “GİZLƏDİLMİŞ” UĞURSUZLUĞU... – FƏRQLİ RAKURS
  • Bu gün, 14:45
    Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
  • Bu gün, 14:27
    Amerikada dini geri qaytarmalıyıq - Tramp
  • Bu gün, 12:17
    Almazlar və quraqlıqlar diyarı: pul vahidi “yağış” olan quraqlıqlar ölkəsi...
  • Bu gün, 12:02
    Yüz molla bir keşişi ödəmir... - ESSE
  • Bu gün, 11:47
    Tiflisdə doğulan, Monte-Karloda ölən, İran Ordusunun baş qərargah rəisi olan azərbaycanlı kimdir?
  • Bu gün, 11:16
    Əfsanəvi karnavallar şəhəri haqqında İLGİNC FAKTLAR
  • Bu gün, 11:12
    Zəngəzur dəhlizinin açılması an məsələsidir - Əliyeva
  • Bu gün, 10:58
    Bakı Tehran və Vaşinqton arasında vasitəçi olacaq? - DETALLAR
  • Dünən, 18:02
    Emil Rasimoğludan Aqil Abbasın "uzaq doqquzluğu"na İTİ "ZƏRBƏ"...
  • Dünən, 18:00
    Ruslar Slavyankanı ələ keçirdi
  • 30-01-2026, 12:52
    Bu şəxslər 1000 manatadək cərimələnəcək
  • 30-01-2026, 12:48
    Əski sözlərə yeni nəfəs verməliyik - Tural Turan YAZIR
  • 29-01-2026, 22:04
    Təbrizdə "Traktor" azarkeşləri qandallandı
  • 29-01-2026, 22:02
    Yazı mədəniyyəti olmayanlara məktub - KÖŞƏ
  • 29-01-2026, 19:47
    Finlandiya Ukraynaya 30-cu hərbi yardım paketi hazırlayır
  • 29-01-2026, 19:01
    “Tapın mənə, mənə and iç!” — Paşa Talıblı
  • 29-01-2026, 18:25
    Saatım indi Murat Menteşə işləyir…
  • 28-01-2026, 19:11
    Unudulan öz türkçə sözlərimiz: Sıradakı yeni 5 söz hansıdır?
  • 28-01-2026, 18:07
    Türk Birliyi ortaq valyutaya keçir? - TƏFƏRRÜAT
  • 28-01-2026, 09:37
    İsrailin yeni hədəfi Türkiyədir? - ŞOK DETALLAR
  • 28-01-2026, 07:44
    Paşa Talıblı: "Cəzamdı bir uzun gecənin altı... "
  • 28-01-2026, 07:42
    Paşa Talıblı: "Cəzamdı bir uzun gecənin altı... "
  • 27-01-2026, 15:15
    Azərbaycan İsraillə bu sazişi imzalayacaqmı? - DETALLAR
  • 27-01-2026, 15:14
    "Şah mat" - HEKAYƏ
  • 27-01-2026, 15:13
    Bakı nefti ucuzlaşdı
  • 27-01-2026, 14:50
    Uşaqlarınızı qucaqlayın... - KÖŞƏ
  • 27-01-2026, 14:43
    Ukraynadan sonra Kremlin növbəti hədəfi hansıdır? - ŞOK NÜANSLAR
  • 27-01-2026, 13:32
    Pentaqon bu təyyarəni modernləşdirəcək
  • 27-01-2026, 13:30
    Emil Rasimoğludan sənət və sənətkarlıq ETÜDLƏRİ
  • 27-01-2026, 11:52
    Məktəbdə dəcəl uşaqlarla ünsiyyət necə qurulmalıdır?
  • 27-01-2026, 11:49
    Türkiyə Suriyadan sonra istiqamətini hara yönəldəcək? - 20 illik STRATEGİYA...
  • 27-01-2026, 11:34
    Gəl, gəl bir də öp... - Tural Turanın ŞEİRİ
  • 26-01-2026, 20:07
    Ukrayna Rusiyanın şərtlərini qəbul edəcəkmi? - DETALLAR
  • 26-01-2026, 17:18
    Elektron siqaretlər qadağan edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə