• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Niyə 1 cümləlik şeir və hekayələrə keçmirsiniz?

Art

Dünən, 17:10
Niyə 1 cümləlik şeir və hekayələrə

İndi hər şey sürətlə dəyişir. Baxışlar, yanaşmalar durmadan, “nəfəs almadan” yenilənir.

İnformasiya texnologiyalarından tutmuş ədəbiyyata qədər hər şeyə baxış təzələnir. Amerikada da, Avstraliyayda da “təzə nə oxumusan?”, “niyə oxumursan?” – suallarına qarşı tərəf bir qısa cümlə ilə cavab verir: “Vaxtım yoxdur”...

Bizdə də eyni suallara təqribən oxşar cavablar verəcəklər.

Qısa və vaxt demişkən, hər şey vaxta görə qısalaşmaqda, incəlməkdə, nazikləşməkdədir.

Üzüm ayağınızın altına, bəlkə biz də ədəbiyyata baxışımızı dəyişək? Nə deyirsiniz?

Çoxhəcmli romanlar, qalın-qalın kitablar yazmaqdan imtina edək? Artıq Avropada da, Amerikada da buna keçid başlayıb. Özü də indi yox, hələ 10-15 il bundan əvvəl Qərb dünyası “vaxt qıtlığını” nəzərə alaraq ədəbi mətnləri yığcamlaşdırıb.
200-300 səhifəlik romanlar 80-90 səhifəyə düşüb. Hekayələr daha 10-15 səhifə deyil, maksimum 3-4 min, ən pis halda 6-7 min işarədən o yana keçmir.

Şeirdə, poeziyada da vəziyyət eynidir. Poema janrı ümumiyyətlə sıradan çıxıb. Şeirlərin, düzgülərin həcmi beş-altı misraya düşüb. İndi Qərb müəllifləri oxucalara çatdırmaq istədikləri poetik fikirləri ələkdən, xəlbirdən keçirərək təqdim edirlər. Səbəbi çox sadədir; oxucunun əlahəzrət vaxtını çox almaq istəmirlər.

Hətta Yaponiya ədəbiyyatı “hayku” janrında ixtisarlar apararaq üç cümləlik poetik mətnləri bir cümləyə qədər endirməkdədirlər.
Dediklərim hekayələr üçün də keçərlidir. Artıq Avropada bir cümləlik hekayələr dəbdədir. Sizə asan gəlməsin. Bir cümləlik hekayələrin yoğrulub yapılması uzun-uzadı mətnlərdən daha çətindir.

Yazıçı uzun mətnləri yazdığı halda, bir cümləlik hekayələri qələmə almır, onları doğur... Doğum prosesi isə həmişə və hər yerdə sancılı olub.
Beləliklə, müəllif qısalaşma prosesinə qoşulmaqla ortaya daha samballı və “incəbelli” mətnlər qoyur. Eyni zamanda, oxucuların vaxtını almırlar.
Başınıza dönüm, indi informasiya texnologiyaları dövrüdür. İnsanlar gün ərzində onsuz da lazımlı və lazımsız bilgilərlə yüklənmək məcburiyyətindədirlər. Sizin “qollu-budaqlı” sənət nümunələriniz, qalın-qalın söz yığınınız onları maraqlandırmır.

Oxucuları özünüzə cəlb etmək üçün yolunuzu bir romana bərabər “yek cümləlik” hekayələrdən salmalısınız.
Bu bir cümləlik hekayələr həm özü ilə yeni baxış, yeni yanaşma və yeni söz demə formaları ilə seçilməlidir. Ən əsası, orijinal olmalıdır, oğurluq yox...
Məsələn, azyaşlı bir dilənçi qızın ağrı-acısını bir cümlədə vermək üçün uzun-uzadı dastan qoşmağa nə hacət?! Sadəcə olaraq “20 qəpiyə 7 yaşlı qızın göz yaşları satılır” – deməyiniz kifayətdir.

Yeri gəlmişkən, Azərbaycanda bir ilkə imza atmaq niyyətinə düşmüşəm. Yazı dili yüyrək olar, bir cümləlik hekayələrimdən ibarət kitab çıxarmaq istəyirəm. Hər şey hazırdır, sadəcə nəşriyyatlardan təklif gözləyirəm.

Siz də inadınızı yerə qoyun, keçin biz tərəfə; bir cümləlik şeirlər və hekayələr yazın.

Əsas olan orijinallıqdır. Bundan da önəmlisi, başqalarının vaxtına və haqqına girməməkdir.

Kölgəm haqqı, insanlar sürətlə sözsüz mətnlərə doğru yüyürür, biz isə “kilim-palaz mətn”lərin ətəyindən yapışıb fırlanırıq. Sonra da üstümüzə gələnin yaxasından yapışırıq ki, bizi niyə oxumursunuz.
İmkan yaradın oxusunlar də...

Tural Turan
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Köşə

4-01-2025, 11:39

Niyə 1 cümləlik şeir və hekayələrə keçmirsiniz? - KÖŞƏ

Siyasət

11-10-2024, 11:05

Şərabı şərab edən 4 əsas amil - FAKTLAR

Təhsil

23-10-2024, 10:08

“Huawei” bu tarixdə yeni inqilab edəcək

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

Siyasət

24-10-2024, 21:00

Ən qaranlıq anlarda ümid manifesti - Həmid Şehanegi YAZIR

Araşdırma
Çayın yanında bunları qəti yeməyin!
Çayın yanında bunları qəti yeməyin!
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Nağıllar ölkəsi haqqında nələri bilirik? –
Nağıllar ölkəsi haqqında nələri bilirik? – ŞOK FAKTLAR
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Biznes
Bakı nefti ucuzlaşdı
Bu gün, 16:41
Bakı nefti ucuzlaşdı
Dollar bu gün neçəyə satılır?
Bu gün, 14:58
Dollar bu gün neçəyə satılır?
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
Bu gün, 14:32
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Xarici ticarət dövriyyəmizin müsbət saldosu
Bu gün, 12:09
Xarici ticarət dövriyyəmizin müsbət saldosu 3 dəfədən çox azaldı
Bu il Azərbaycana  nə qədər avtomobil idxal edilib? -
Dünən, 15:30
Bu il Azərbaycana nə qədər avtomobil idxal edilib? - AÇIQLANDI
Xankəndidəki sammit tarixi hadisədir -
4-07-2025, 10:00
Xankəndidəki sammit tarixi hadisədir - Əliyeva
Son xəbərlər
  • Dünən, 22:30
    Rusiyada avro və dolların məzənnəsi kəskin artdı
  • Dünən, 22:14
    İndi hardasa hönkürür yarımçıq bir dua - ŞEİR ANI
  • Dünən, 21:43
    Gürcüstanda ara qarışdı: Qərb bu dəfə bacara biləcəkmi?
  • Dünən, 20:51
    Balakənin bir hissəsində qaz olmayacaq
  • Dünən, 20:30
    Amerikada dini geri qaytarmalıyıq - Tramp
  • Dünən, 20:00
    Rusiyanın məxfi bazası vuruldu:
  • Dünən, 19:58
    Zelenski ermənini yüksək vəzifəyə təyin etdi
  • Dünən, 19:48
    Gürcüstan hökumətindən milli komandaya milyonluq sürpriz...
  • Dünən, 19:38
    Finlandiya Ukraynaya 30-cu hərbi yardım paketi hazırlayır
  • Dünən, 19:29
    Bütün qanunsuz hərəkətlərə sərt cavab veriləcək
  • Dünən, 19:18
    Bu şəxslər 1000 manatadək cərimələnəcək
  • Dünən, 19:09
    İctimai-iaşə obyektlərində növbəti monitorinqlərə start verilir
  • Dünən, 19:07
    Bakı Kremldən uzaqlaşacaq? - DETALLAR
  • Dünən, 19:00
    Yavər Əliyev küçəsində təmir işlərinə başlanılır
  • Dünən, 18:51
    Məhkəmə Samvel Karapetyanı həbsdə saxladı
  • Dünən, 18:48
    Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul etdi
  • Dünən, 18:44
    Putinin planları Ukrayna ilə bitməyəcək – Merz
  • Dünən, 18:33
    İnsan gərək haqqı çatan mükafatın iddiasında ola - KÖŞƏ
  • Dünən, 18:29
    Ukraynanın itki siyahısı yeniləndi
  • Dünən, 18:15
    Uşaqların gözü önündə valideyn döyən müəllimə idman zalı açmalıyıq...
  • Dünən, 18:00
    Xanım Tramp Kiyevə getməkdən imtina etdi
  • Dünən, 17:30
    Həmədanda iki gənc qətlə yetirildi
  • Dünən, 17:28
    Çayın yanında bunları qəti yeməyin!
  • Dünən, 17:15
    İrəvan niyə tələm-tələsik sülh istəyir? - DETALLAR
  • Dünən, 17:10
    Niyə 1 cümləlik şeir və hekayələrə keçmirsiniz?
  • Dünən, 17:00
    Dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklandı
  • Dünən, 16:54
    O müəllifi aldatmamağa xidmət edən sərtlikdi - KÖŞƏ
  • Dünən, 16:48
    İstixanadan oğurluq edənlər yaxalarını ələ verdilər
  • Dünən, 16:42
    Pentaqon bu təyyarəni modernləşdirəcək
  • Dünən, 16:41
    Bakı nefti ucuzlaşdı
  • Dünən, 16:37
    Netanyahudan növbəti HƏMAS AÇIQLAMASI
  • Dünən, 16:21
    Xarkovda daha bir kənd işğal edildi
  • Dünən, 16:16
    Bakı Avrasiyanın yeni nəfəsliyinə çevrilməkdədir - SONA ƏLİYEVA YAZIR
  • Dünən, 16:10
    Rusiyadakı polyaklara XƏBƏRDARLIQ EDİLDİ
  • Dünən, 16:00
    Yazı mədəniyyəti olmayanlara məktub - KÖŞƏ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə