Türkiyəli mütəxəssis Fatih Terimin baş məşqçisi olduğu "Panathinaikos" futbol klubu Yunanıstan çempionatında liderliyə yüksəlib.
Onews.az-ın xəbərinə görə, son turda səfərdə "Lamia" komandasına böyük hesabla qalib gələn "İmperator"un yetirmələri liqada zirvəni ələ keçirib.
"Lamia"nı 5:0 hesabı ilə darmadağın edən "Panathinaikos" futbolçuları xallarının sayını 71-ə yüksəldiblər.
Bununla da Afina klubu çempionluq uğrundakı şanslarını qorumağı bacarıb.
Özgür Bəy