"Gürcüstanda və Ermənistanda Rusiyanın təsir dairəsindən qopma meyilləri Güney Qafqazda yeni gərginliklərə səbəb ola bilər. Hətta Kremlin qondarma bir referendumla Gürcüstanın işğal olunmuş ərazilərini özünə birləşdirməsi mümkündür. Bu, şimal-qərbdəki qonşumuzda xarici agentlər haqqında parlamentin sərəncamına verilmiş qanun layihəsinin qəbul edilib-edilməməsindən asılı olacaq. Çünki Moskva eyni anda həm Tbilisini, həm də İrəvanı itirmək istəməyəcək".Bunu
Onews.az-a açıqlamasında siyasi şərhçi
Tural Turan deyib.
Ekspertin sözlərinə görə, Gürcüstan hökumətindən fərqli olaraq prezident Salome Zurabaşvili tam fərqli mövqe sərgiləyir:
"Görünür, Qərbmeyilli Gürcüstan prezidenti ölkəsinin hazırda üzləşdiyi durumun tam olaraq fərqində deyil. Ola bilsin ki, onu hakimiyyətə gətirən avropalı missionerlər xanım prezidentin qarşısına Rusiyadan sürətlə uzaqlaşmaq tapşırığı qoyublar. Amma bu, Tbilisi üçün olduqca ağır nəticələrə gətirib çıxara bilər. Yəni, Gürcüstan işğal olunmuş torpaqlarından əlini həmişəlik üzəcək. Biz Ukrayna prosesləri müstəvisində bunu gördük. Ermənistanı isə tamam fərqli çöküş gözləyir. Çünki İrəvan bu çox istiqamətlərdə Moskvaya birbaşa bağlıdır. Hətta Ermənistanın dəmir yolları da Rusiyanın birbaşa nəzarətindədir. Hələ sərhədlərinin rus hərbçiləri tərəfindən qorunmasını demirəm. Əgər Rusiya istərsə, Gümrüdəki 102-ci bazanın və İrəvandakı dayaq nöqtələrinin, tərəfdarlarının əli ilə Ermənistandakı hakimiyyəti devirər. Hətta Ermənistanın hazırkı baş naziri Nikol Vovayeviçin də fiziki məhvini gerçəkləşdirə bilər. Görünür, Kreml yenə də səbrlə gözləmə mövqeyi tutur. Hadisələrin axarına uyğun sərt addımlar atmağı planlaşdırır".
Tural Turan