Dünən axşamdan başlayan qeyri-sabit hava şəraiti nəticəsində Şəmkirin və Samuxun bəzi kəndləri işıqsız qalıb.Bu barədə
Onews.az-a adıçəkilən rayonların sakinləri məlumat veriblər.
Sakinlərin sözlərinə görə, dünən axşamdan başlayan güclü külək və yağış nəticəsində Qərb bölgəsindəki bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi məhdudlaşdırılıb.
Əyalət sakinləri onu da vurğulayıblar ki, hava şəraitinin qeyri-sabit keçməsi kənd təsərrüfatı ilə məşğul olan fermerlərə, kiçik sahibkarlara da ciddi ziyan vurub.
Yağış və külək biçindən sonrakı ot bağlamalarını yararsız hala salıb.
Fuad