"Hazırda regionu qarşıdırmaq istəyən üç ölkədən ikisi İran və Hindistandır. Təbii ki, Fransa da bu məsələdə ayrıca pay sahibidir. Ermənistana dəstək verməklə Hindistan özünü Azərbaycan kimi etibarlı və tərəfdaşla əlaqələrdən məhrum etməkdədir".Bunu
Onews.az-a açıqlamasında keçmiş millət vəkili,
politoloq Sona Əliyeva deyib.
Politoloqun yanaşmasına görə, gərək Dehlidəki milliyətçi-şovinist hökumət bu kimi nüansları ciddi şəkildə nəzərdən keçirsin:
"Düşünürəm ki, hələ də gec deyil. Çünki Azərbaycan və Türkiyə Hindistan mallarının Qərbə axınının əsas hərəkət, eyni zamanda istiqamət vektorudur. Rusiya bazarından uzaqlaşan hind iqtisadiyyatı yeni və təhlükəsiz bir xətlə Qərbə çıxış əldə etməyin yollarını aramaqdadır. Dehli hökuməti Azərbaycan və Türkiyəyə qarşı münasibətini dəyişməzsə, özünü"Bir kəmər-bir yol" layihəsindən, eləcə də bir çox projelərdən təcrid edə bilər".
Keçmiş millət vəkili bildirib ki, Ermənistanın budəfəki qurbanları İranla Hindistandır:
"Dehli və Tehran hökumətləri hələ ki, bunun fərqində deyil. Hindistanın Ermənistana silah satışı və ya oraya attaşe təyin etməsi Azərbaycana yox, yalnız özünə problem yaradacaq. Hətta hind hərbçilərinin erməni əsgərlərinə təlimlər keçəcəyi ilə bağlı söz-söhbətlər gəzir. Amma Hindistanın bu kimi cəhdləri əbəsdir. Düşünürəm ki, Dehli bizim regionda əsas söz sahibi deyil və olmayacaq. Türkiyə və Azərbaycana, eləcə də Türk Birliyinə qarşı gəlmək nə İrana, nə də Hindistana hər hansı fayda verməyəcək. Əksinə, onların gələcək iqtisadi imkanlarına böyük zərbə vuracaq”.
Rauf