Prezident İlham Əliyevin Putinlə görüşdən qayıtdıqdan bir neçə saat sonra ADA-da keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq Forumun işinə qatılaraq, ona ünvanlanan çoxsaylı suallara verdiyi əhatəli cavablar bizim son 3 il ərzində regionda gedən proseslərin gerçək mahiyyəti, pərdəarxası ilə bağlı səsləndirdiyimiz mülahizələrin, apardığımız analizlərin doğruluğunu növbəti dəfə ən yüksək səviyyədə təsdiqləməklə yanaşı, "dövlətçilik" çətiri altında gizlənərək üzərimizə “Rusiya agenti” ittihamıyla gələnlərin də həyasız sifətlərinə lombayla tüpürmək oldu! Zərrə qədər abırları, həyaları və ləyaqətləri olsa, Prezidentin bu açıqlamalarından sonra bir çoxu bizdən və xalqdan ictimai qaydada üzr istəyər, bir neçəsi də, ümumiyyətlə, daha nə efirə çıxar, nə də hansısa hadisəyə münasibət bildirər – birdəfəlik gözdən ilim-ilim itər...
Rusiya ilə əlaqələrin xarakterindən tutmuş, Ermənistanla sülhə əsas maneəni kimlərin yaratdığı, sülhün perspektivləri, Azərbaycanın öz qonşularıyla, həmçinin Qərblə münasibətlərinin məsafəsi, Rusiya-Ukrayna və İsrail-Fələstin savaşında tutduğumuz rəsmi mövqenin açıq elanınadək, bir çox mühüm mövzular barədə Prezidentin səsləndirdiyi fikirlər hadisələrin bundan sonrakı inkişaf istiqamətlərini bilmək istəyənlər üçün, əslində, “yol xəritəsi”dir.
3 saat 31 dəqiqəlik reportaja baxmaq imkanı olmayanlar Forumun materiallarıyla şərh bölməsində paylaşdığım link vasitəsiylə yaxından tanış ola bilərlər.
Elxan Şükürlü
Politoloq
Onews.az