• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

SOCAR-ı hədəf seçənlər kimlərdir? - FƏRQLİ RAKURS

Siyasət

3-06-2024, 09:09


Azərbaycanın SOCAR şirkətinin Türkiyənin İstanbuldakı ofisi etirazçıların hücumuna məruz qalıb. “Fələstin üçün min gənc” adlı qrup neft şirkəti ofisinin Üçrəngli Bayrağımızın rəngləri olan divarlarına qırmızı boya atıblar. Hadisə yerində çəkilən videolarda bir qrup şəxsin ofisin giriş qapılarını sındırmağa çalışdığı görünür. Daha sonra yayılan fotolarda binanın girişinin polis tərəfindən mühafizə olunduğu əks etdirilib.

Ümumiyyətlə, gec-tez belə bir hadisənin baş verəcəyi bəlli idi. HƏMAS-ın İsrailə hücumu və Təl-Əvivin cavab olaraq hərbi əməliyyatlara başlaması fonunda Türkiyədəki bəzi mühafizəkar kəsim də radikallaşıb. İşin tragikomik tərəfi isə “İsrail mallarını boykot” adı altında Təl-Əvivlə əlaqəsi olmayan şirkətlər də boykot edilir.

Aksiyalar zamanı “fəallar” “soyqırımçı” İsrailə neft verən SOCAR önündə səsimizi ucaltmaqda davam edirik!”, “Bu qanlı ticarətə imkan verməyəcəyik” kimi şüarlar səsləndiriblər. Fələstinyönlü qrup bu hadisəni özünün sosial media hesabında da qeyd edib: “Qatil İsrail Fələstində soyqırımı edərkən, Türkiyə və Azərbaycan əl-ələ bu soyqırıma milyonlarla barrel neft daşımaqdadır”.

Aksiyalarda səslənən şüarlardan da belə bir nəticəyə gəlmək olar ki, SOCAR-a qarşı aksiya Türkiyədə kök salmış və İran tərəfindən dəstəklənən qruplaşmalar tərəfindən aparılır. Lakin aksiyanın Tehrandan gələn təlimat əsasında baş verdiyi inandırıcı deyil. Çünki İran prezidenti İbrahim Rəisinin həyatını itirməsindən sonra bu ölkədə prezident seçkilərinə hazırlıq gedir və ümumilikdə daxili siyasətləri qarışıqdır.

Yəni İran tərəfindən dəstəklənən qruplaşmalar müəyyən mənada sərbəst hərəkət edir.

Ümumilikdə Türkiyə ictimaiyyətində, xüsusilə də mühafizəkar kəsimdə Azərbaycan və SOCAR-la bağlı yanaşma reallıqdan uzaqdır:

Birincisi, Azərbaycan İsraillə strateji tərəfdaşdır: siyasi hərbi, iqtisadi sahələrdə əlaqlərimiz var. Lakin bununla belə, rəsmi Bakı heç vaxt İsrail-Fələstin münaqişəsində birincinin lehinə yanaşma sərgiləməyib. Əksinə, Bakı İsrail-Fələstin münaqişəsinin həllinin diplomatik yolla beynəlxalq hüquqla həllini dəstəklədiyini bildirib. Bu mənada hazırda İsrailin Qəzzada apardığı əməliyyat fonunda Bakını Təl-Əvivə dəstək verməkdə ittiham etmək doğru deyil.

İkincisi, İsrail paytaxtı Təl-Əvivdən Qüdsə köçürmək qərarını verdikdə rəsmi Bakı bu qərarı dəstəkləməyib. Bu gün Azərbaycanın İsraildə səfirliyi olduğu kimi Fələstində (Ramallah şəhərində) Təmsilçilik Ofisi var. Bu fakt belə Bakının münaqişəyə baxışını aydın şəkildə göstərir.

Üçüncüsü, SOCAR-ın İsrailə neft satması məsələsi məqsədyönlü şəkildə ortaya atılmış, kütləni qızışdırmağa hesablanmış bir addımdır.

Ümumiyyətlə, bu məsələ ilə bağlı aydın təsəvvür yoxdur. Belə ki, dünya neft bazarında bütün şirkətlər mallarını trader şirkətlərə satırlar. Traderlərin nefti kimə satdığına şirkətlər nəzarət edə bilmirlər.

Nəticə etibarilə məlum hadisə açıq şəkildə Türkiyə-Azərbaycan münasibətlərinin pozulmasına hesablanıb. Məqsəd Azərbaycan -Türkiyə qardaşlığının nümunəsi olan SOCAR-ı və bütövlükdə qardaş Azərbaycanı Türkiyə ictimai rəyində ləkələmək və nüfuzdan salmaqdır.

Turan Rzayev
Politoloq

Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

13-09-2024, 09:00

İsmayılı kim “qurban” etdi: İsrail, yoxsa İran?

Siyasət

6-08-2024, 13:10

İran-ABŞ gərginliyi necə bitəcək?

Siyasət

4-10-2024, 16:07

İran İsraili niyə Təbrizdən vurdu? – 3 SƏBƏB

Siyasət

7-09-2024, 14:09

İrandakı seçki nələri dəyişəcək? - SENSASİON DETALLAR

Siyasət

5-06-2024, 09:27

Türkiyədəki "SOCAR işi"nin pərdəarxasında nələr var?

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 16:12
    Azərbaycan-Laos: ənənəvi dostluqdan əməkdaşlığa
  • Dünən, 16:09
    17 Oktyabr – Füzuli şəhəri günü
  • Dünən, 15:38
    17 Oktyabr – Füzulinin dirçəlişə açılan yolu
  • 14-10-2026, 17:42
    Vahid məktəbli forması — təhsil intizamının və bərabərliyin göstəricisi
  • 14-10-2026, 17:37
    HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ VƏ AZƏRBAYCAN DİLİNİN DÖVLƏTÇİLİK STRATEGİYASINDA YERİ: GƏNCLİYİN MİLLİ MƏSULİYYƏTİ
  • 14-10-2026, 17:08
    Məktəblərdə vahid geyim formasının tətbiqi: bərabərlik, nizam-intizam və sağlam təhsil mühitinin təmin olunması
  • 14-10-2026, 17:05
    YAP-ın VIII Qurultayına həsr olunmuş toplantı keçirilib
  • 14-10-2026, 16:57
    MƏKTƏBDƏ VAHİD DƏYƏRLƏRİN VİZUAL İFADƏSİ: İDEOLOJİ TƏHLÜKƏSİZLİK VƏ SOSİAL BƏRABƏRLİK KONTEKSTİNDƏ
  • 14-10-2026, 16:52
    İdeoloji təhlükəsizlik və milli maraqlar: Müasir çağırışlar fonunda gəncliyin rolu
  • 14-10-2026, 16:48
    Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafı üçün yeni imkanlar
  • 14-10-2026, 16:43
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:38
    YAP Nərimanov rayon təşkilatı tərəfindən İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:29
    YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
  • 14-10-2026, 16:23
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 13-10-2026, 18:22
    Məktəb geyimi – təhsil mədəniyyətinin və milli dəyərlərin tərkib hissəsi
  • 13-10-2026, 18:21
    AZƏRBAYCANIN SABAHINA APARAN YOL
  • 13-10-2026, 16:45
    Azərbaycanın xarici siyasətində Asiya istiqaməti və Kamboca ilə əməkdaşlığın əhəmiyyəti
  • 13-10-2026, 16:41
    Təhsildə vahid yanaşma və sağlam məktəb mühiti dövlətçilik dəyərlərinin tərkib hissəsidir
  • 13-10-2026, 16:30
    Məktəbli geyimi – təhsil mühitində vahidlik, nizam-intizam və milli dəyərlərin ifadəsi
  • 13-10-2026, 16:17
    Azərbaycan–Kamboca münasibətləri: əməkdaşlığın yeni istiqamətləri və inkişaf perspektivləri
  • 13-10-2026, 16:11
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 16:06
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 15:53
    Azərbaycan və Kamboca arasında əməkdaşlığın genişləndirilməsi yeni perspektivlər yaradır
  • 13-10-2026, 15:48
    “Biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.- Prezident Ali Baş Komandan İlham Əliyev
  • 13-10-2026, 15:39
    İdeoloji təhlükəsizlik milli dövlətçiliyimizin və gələcəyimizin əsas təminatıdır
  • 13-10-2026, 15:36
    Milli-mənəvi dəyərlərin yaşadılması və qorunması Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindəndir
  • 13-10-2026, 15:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Güclü dövlət, milli birlik və davamlı inkişafın siyasi təminatı
  • 13-10-2026, 15:14
    Azərbaycan–Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
  • 13-10-2026, 15:07
    Məktəb mühitində vahid geyim mədəniyyəti və məsuliyyət prinsipləri
  • 13-10-2026, 14:54
    Strateji prioritetlər Azərbaycanın qarşısındakı hədəfləri daha aydın göstərir
  • 13-10-2026, 14:44
    Vahid məktəbli formasının üstünlükləri nələrdir?
  • 13-10-2026, 14:40
    Azərbaycan-Kamboca münasibətləri: Yeni inkişaf mərhələsində bizi nələr gözləyir?
  • 13-10-2026, 14:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Yeni dövrün çağırışları və tarixi missiyası.
  • 12-10-2026, 17:32
    Prezident İlham Əliyevin Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının VIII Məşvərət görüşündə iştirakı regional əməkdaşlığın inkişafında mühüm əhəmiyyət daşıyır
  • 12-10-2026, 17:31
    XƏZƏRİN SAHİLLƏRİNDƏN MƏRKƏZİ ASİYAYA UZANAN İŞIQLI GƏLƏCƏK
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə