Fransa hökuməti etirazları yatırmaq üçün Yeni Kaledoniyada fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.
Onews.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen söyləyib.
Nazir qeyd edib ki, fövqəladə vəziyyət çərçivəsində 5 fəalın evində axtarış aparılıb. Yetmişdən çox şəxs saxlanılıb.
Baş nazir Qabriel Attal ərazidə TikTok platformasına girişin məhdudlaşdırldığını dilə gətirib.
Fuad