Bu gün baş verən helikopter qəzasından sonra İran Prezidenti İbrahim Rəisinin vəziyyəti açıqlanıb.
Onews.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İran Prezidentinin vəziyyəti yaxşıdır, hazırda o, kortecdə avtomobillə Təbrizə gedir.
“Mehr” agentliyi İran Prezidenti İbrahim Rəisinin xəsarət almadığı ilə bağlı məlumatı silib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl “Mehr” agentliyi bildirib ki, qəzadan sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian xəsarət almayıb.