• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Helikopter qəzasının arxasındakı sirr nədir? - SENSASİYA

Siyasət

20-05-2024, 10:26


İbrahim Rəisinin helikopterinin qəzaya uğramasında ilkin səbəb kimi hava şəraiti göstərilsə də, bunun sui-qəsd olması ehtimalı böyükdür. Üç helikopterdən yalnız Rəisinin olduğu qəzaya uğrayıb və bu, Əliyevlə Araz çayı üzərində görüşdən qayıdarkən baş verib.

Əgər bu sui-qəsdirsə, ki ehtimallar bu yöndədir və hadisələrin inkişafında daha aydın görünəcək, arxasındakı qüvvənin İran daxilində olduğu versiyası daha güclüdür, hətta xarici faktorlar olsa belə, yenə də planın icrası izi Tehran dəhlizlərinə aparır. Və ən mühüm detal bunun məhz Rəisinin Əliyevlə görüşdən qayıdarkən baş verməsidir.

İran daxilində Bakı-Tehran xəttində normallaşmaya qarşı olan qüvvələrin mövcudluğu sirr deyil. Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan öncə Əliyevlə Rəisinin Ankarada görüşünün təşkili haqda məlumatlar vardı. Səfirliyimizə terror hücumu törədildi və İran-Azərbaycan münasibətlərində “çıxılmaz vəziyyət” yarandı. “Çətin normallaşma” dövründə də İran mediasında Azərbaycana qarşı ittiham kampaniyası səngimirdi. Əliyevlə Rəisinin sərhəddə “Qız Qalası” və “Xudafərin” bəndlərinin açılışını mart ayında edəcəyi gözlənilirdi, lakin açıqlanmayan səbəblərə görə görüş təxirə salındı. Daha sonra İranda xüsusilə SEPAH-a bağlı media orqanlarının Bakını açıq şəkildə təhdid edən məlumatları intensivləşdi. Bir tərəfdən Tehranda Azərbaycan səfirliyinin fəaliyyətinin bərpa edilməsi, Əliyevlə Rəisinin görüş hazırlığı aparılır, digər tərəfdən SEPAH mediası Bakıya zərbə endirməkdən bəhs edirdi. Bu, İran daxilində ikili mövqeyin açıq nümunəsidir. Və nəhayət, Rəisi görüşdən qayıdarkən qəzaya uğrayır.

Qəzada (planlaşdırılıbsa) Bakı-Tehran münasibətlərinin normallaşmasını istməyənlərin maraqlı olması istisna deyil, lakin bu addımın məhz Araz sahilində görüşdən sonra atılması, “iz azdırmaq” məqsədi daşıya bilər. Rəisi və komandası mühafizəkar kəsimi təmsil etsə də, İran daxilində siyasi və hərbi qanadın fikir ayrılığı yaşadığı müşahidə edilir. Elə Azərbaycanla münasibətlərə yanaşmada da bu ziddiyyəti görmək çətin deyil. Əslində Rəisi ümumi siyasi xəttə qarşı çıxmırdı, lakin görünür, İranın gələcəyi, xüsusilə post-Xamenei dövrü ilə bağlı daxili ziddiyyətlər mövcuddur. İbrahim Rəisinin adı Xameneidən sonra dini lider ola biləcək şəxslər arasında hallanır, hətta əsas namizəd kimi. Mümkündür ki, post-Xamenei dövrünə hazırlıq prosesində Rəisinin dini lider olmasını istəmirlər.

Rəisiyə qarşı mümkün sui-qəsdin Əliyevlə görüşdən qayıdarkən edilməsi də izi azdırmağa - diqqəti üçüncü tərəfə yönəltməyə hesablanıb. İstisna edilməməlidir ki, “bunu İran-Azərbaycan münasibətlərinin normallaşmasını istəməyən regiondankənar qüvvələr edib” iddiası Tehranın irəli sürəcəyi əsas tezis olacaq və məsələyə İsrailin adının daxil ediləcəyi, bundan Bakı-Tehran xəttində münasibətlərin normallaşmasını “baltalamağa” çalışacaqları gözləniləndir.
Asif Nərimanlı
Siyasi şərhçi
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət

18-08-2024, 11:51

Tehran və Bakı arasındakı münasibətlər düzələcək? - ŞƏRH

Siyasət

13-09-2024, 09:00

İsmayılı kim “qurban” etdi: İsrail, yoxsa İran?

Siyasət

10-08-2024, 10:05

Tramp sui-qəsdinin arxasında İran durur? - TƏFƏRRÜAT

Siyasət

26-10-2024, 11:27

İran terrorçu Hüseynzadənin edamını niyə gecikdirir? - DETALLAR

Siyasət

20-05-2024, 09:09

Sui-qəsd, yoxsa adi helikopter qəzası? - DETALLAR

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 15:23
    Mədəniyyətlərarası dialoqun regional sülh və təhlükəsizlikdə rolu.
  • Dünən, 15:21
    Azərbaycan Sivilizasiyalararası dialoq körpüsü
  • 30-10-2026, 15:33
    Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır
  • 29-10-2026, 14:23
    2026-cı il oktyabrın 27-də “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
  • 29-10-2026, 14:15
    Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır
  • 29-10-2026, 14:13
    Bakı Forumu beynəlxalq əməkdaşlığın və sülh naminə dialoqun inkişafına töhfə verir
  • 29-10-2026, 14:06
    Multikultural dəyərlər Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərinin əsasını təşkil edir
  • 29-10-2026, 14:03
    Mədəniyyətlərarası dialoq – ortaq gələcəyin və qarşılıqlı anlaşmanın əsası
  • 29-10-2026, 14:01
    Ortaq gələcək naminə dialoq Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı:
  • 28-10-2026, 15:01
    Dialoq yalnız söz deyil, ortaq gələcəyə məsuliyyətdir
  • 21-10-2026, 22:24
    Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!
  • 21-10-2026, 22:23
    Məktəb geyimi – təhsil mədəniyyətinin və milli dəyərlərin tərkib hissəsi
  • 21-10-2026, 16:20
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi
  • 21-10-2026, 16:12
    ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU
  • 21-10-2026, 15:41
    25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi
  • 21-10-2026, 15:33
    Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi
  • 21-10-2026, 15:26
    25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi
  • 21-10-2026, 15:24
    27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.
  • 21-10-2026, 15:22
    Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi
  • 21-10-2026, 15:17
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı
  • 21-10-2026, 15:14
    25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi
  • 21-10-2026, 14:53
    Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir
  • 21-10-2026, 14:47
    Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür
  • 20-10-2026, 17:04
    27 illik qaranlığın süquta uğradığı gün: 25 oktyabr Qubadlı Şəhəri Günüdür
  • 20-10-2026, 16:37
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi yaddaşdan gələcəyə uzanan yol
  • 20-10-2026, 16:31
    Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətinin əsas istiqamətlərini əks etdirir
  • 20-10-2026, 16:27
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Böyük Qayıdışın təntənəsi
  • 20-10-2026, 16:24
    prezident ilham əliyevin aqem-in 7-ci zirvə görüşündə çıxışı: azərbaycanın regional və beynəlxalq siyasətinin strateji prioritetləri
  • 20-10-2026, 16:11
    AQEM-in Bakı Zirvə Görüşü: Regional təhlükəsizlik və beynəlxalq hüququn əhəmiyyəti
  • 20-10-2026, 16:07
    Zəngilanın dirçəlişi – Böyük Qayıdışın və milli həmrəyliyin təcəssümü
  • 20-10-2026, 14:37
    Qayıdışın, qürurun və dirçəlişin ünvanı
  • 20-10-2026, 14:32
    ZƏNGİLAN: QƏHRƏMANLIQ TARİXİNDƏN İNKIŞAF ÜFÜQLƏRİNƏ
  • 20-10-2026, 14:29
    Zəngilan şəhəri günü: Altı il sonra 20 oktyabr tarixinə fərqli baxış
  • 19-10-2026, 15:48
    Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı: Azərbaycanın beynəlxalq əməkdaşlıq və sülh təşəbbüsləri
  • 19-10-2026, 15:36
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərdən Böyük Qayıdışa
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə