Bu ilin sentyabrından etibarən Bakı Metropoliteninin bütün stansiyalarında təhlükəsizlik tədbirləri gücləndiriləcək. Bu barədə
Onews.az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Daxil olan məlumata görə, metro marşrutlarından istifadə edəcək bütün şəxslərin təkcə əl çantaları yox, həm də üst-başı yoxlanılacaq.
Bundan başqa, metro stansiyalarının giriş və çıxışlarında hüquq-mühafizə orqanları əməkdaşlarının sayı artırılacaq.
Mənbəmizin bildirdiyinə görə, buna səbəb noyabrda ölkəmizdə “COP-29” tədbirlərinin keçirilməsidir.
Təhlükəsizliyin gücləndirilməsi də elə bu səbəbdəndir.
Qeyd edək ki, hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.
Türkay