Onews.az istedadlı gənc yazar Günay Mirinin "Nə istəyirsən, eləyim sənin üçün..." başlıqlı şeirini təqdim edir:
Nə istəyirsən, eləyim səninçün,
alma-almaya bənzər bu sevda…
Bir alma sənə düşür,
bir alma mənə —
arasında taleyin nazik ipi.
Mənə elə baxma,
yuxularına da fikir ver — Yuxu
Baxışın gecələrimi oyadır,
sözlərin yuxudan ağırdır.
Adamın sənin kimi bir arvadı ola…
alsan, nüş gəlmirəm ki — Qəzəlxan
Söz deyil bu,
kişilik qədər ağır bir etirafdır.
Telefonçu qızın səsi kimi
uzun məsafəli həsrət var aramızda,
Hər “alo”da ürəyim düşür xətdən,
amma sevgi yenə bağlanmır.
Filmlər danışır bizim yerimizə,
biz susuruq…
Çünki bəzi sevdalar
yalnız kadr-kadr yaşanır.
Günay Miri