Fransalı məşhur aktyor Jerar Depardye Parisdə dindirilmək üçün polis bölməsinə çağırılıb.
Onews.az xəbər verir ki, bu barədə məlumatı “BFMTV” telekanalı yayıb.
Bildirilir ki, aktyor cinsi zorakılıqla bağlı ittiham olunduğu iş üzrə dindirilir. Depardyenin saxlanılma ehtimalının olduğu vurğulanıb.
Xatırladaq ki, fevral ayında J.Depardye barəsində cinsi zorakılıqla bağlı yeni şikayət edilib.
Rauf