Hindistan Hərbi Hava Qüvvələri yerli istehsal olan “hava-yer” tipli “RudraM-II” raketini uğurla sınaqdan keçirib.
Onews.az xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, raket ölkənin şərqindəki Odişa ştatı sahillərindəki Çandipur poliqonunda “Su-30MKI” çoxfunksiyalı qırıcıdan buraxılıb.
“RudraM-II” 350 km mənzilli yeni nəsil bərk yanacaq raketidir. Düşmənin hava hücumundan müdafiə sistemlərini sıxışdırmaq və yerüstü idarəetmə və rabitə postlarını məhv etmək üçün nəzərdə tutulub. Hazırda 500 km mənzilli “RudraM-III” raketi hazırlanma mərhələsindədir.
Fuad