“Türkiyə BRICS təşkilatına qoşulmaq niyyətindədir”.
Onews.az xəbər verir ki, bu barədə məlumatı Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.
Onun sözlərinə görə, bu məsələ təşkilata üzv ölkələrin nazirlərinin Nijni Novqorodda keçiriləcək görüşündə müzakirə ediləcək: “Əlbəttə, biz BRICS-ə üzv olmaq istərdik. Görək, bu il nəyə nail ola biləcəyik”.
Qeyd edək ki, BRICS-ə Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri daxildir.
Fuad