BMT-nin proqnozlarına görə tək uşaq siyasəti sayəsində 2100-cü ilə qədər Çinin əhalisi 1,4 milyarddan 639 milyona düşəcək.
Onews.az xəbər verir ki, bu barədə iyulun 11-də Wall Street Journal (WSJ) məlumat yayıb.
“İqtisadçılar bunu demoqrafik dividend adlandırırlar - ölkədə əmək qabiliyyətli yaşda olan insanlar işsiz körpə və qocalardan daha çoxdur. Belə ölkələr zənginləşdikcə insanlar təbii olaraq daha az uşaq sahibi olmağa qərar verirlər və əhali qocalmağa başlayır”, - nəşr qeyd edib.
Tədqiqatçılar qeyd edirlər ki, əhalinin sayının kəskin azalması 2040-cı ilə qədər başlayacaq.
Qeyd edək ki, tək uşaq siyasəti Çində 1980-ci ildə iqtisadi artımı stimullaşdırmaq üçün tətbiq edilib. Hazırda ölkə iqtisadiyyatı nominal ÜDM-in həcminə görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.
Fuad