“İsrail 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılmasına razılıq verərsə, HƏMAS silahı yerə qoyacaq”.
Onews.az xəbər verir ki, bu sözləri HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Xayya deyib.
“İki dövlətin yaradılması ilə bağlı qərar reallaşarsa, biz silahımızı yerə qoyacağıq”, - deyə o bildirib.
Xəlil əl-Xayya, həmçinin əlavə edib ki, müqavimət hərəkatı İsraillə beş-altı il müddətinə barışıq bağlamağa, silahlardan imtina etməyə və siyasi partiyaya çevrilməyə hazırdır.
Eyni zamanda, o, münaqişənin həll olunacağı təqdirdə Qüdsün kimə məxsus olacağı ilə bağlı fikir bildirməyib.
Elgiz