Hazırda hərbi müstəvidə ən çox müzakirə olunan məsələlərdən biri də beşinci nəsil qırıcılardır.
Bəs beşinci nəsil qırıcı anlayışı nədir?
Onews.az xəbər verir ki, bu, 2016-cı ildən sonrakı dövr üçün ən qabaqcıl qırıcıların aid edildiyi qırıcı təsnifatıdır.
Bu nəsilə aid edilən qırıcıların dördüncü nəsil qırıcılardan bir sıra üstün cəhəti var.
Bir qırıcının beşinci nəsilə aid edilməsi üçün onun malik olmalı olduğu göstəricilərin siyahısı hələ ki,tam və dəqiq müəyyən edilməyib.
Bu səbəbdən hal-hazırda mövcud olan qırıcıların beşinci nəsilə aid edilib edilməməsi ilə bağlı mübahisələr yaranır.
Beşinci nəsil qırıcıların üzərində düşünməyə hələ 1970-ci illərdə başlanılıb.
Bu, hələ Su-27, MiQ-29, F-14, F-15 kimi dördüncü nəsil qırıcıların yenicə yaradıldığı dövrlər idi.
Prosesə ilk olaraq ABŞ və SSRİ-də start verilmişdi.
Hal-hazırda silahlanmaya alınan beşinci nəsil qırıcılar bunlardır:
F-22 və F-35B qırıcıları…
F-22 qırıcılarının sınağına 2005-ci ildə başlanılır.
F-35 qırıcıları isə 2015-ci ildə əngin səmalarla görüşür.
F-35-in A və C növlərinin də sınaqları aparılmaqdadır.
Həmçinin “PAK FA”, “HAL AMCA”, “Sukhoi/HAL FGFA”, “TAI-TFX” qırıcıları da təkmilləşdirilir.
Eyni zamanda, “Chengdu J-20” və “J-31” qırıcılarının üzərində işlər getməkdədir.
Fuad Süleyman