Türkiyənin Kayseri vilayətində ölkənin Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin iki pilotu həlak olub.
Onews.az xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.
Məlumata əsasən, Türkiyənin 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim uçuşu üçün havaya qalxan təyyarə naməlum səbəbdən qəzaya uğrayıb.
Qəzanın səbəbləri araşdırılır.
Rauf