Böyük Britaniyanın Baş naziri Rişi Sunak istefa verib.
Onews.az xəbər verir ki, o, bununla bağlı müraciətini Kral III Çarlza təqdim edib.
44 yaşlı Sunak son 200 ildə Böyük Britaniyanın ən gənc hökumət başçısı olub.
Onu bu vəzifədə parlament seçkilərində qalib gələn Leyboristlər Partiyasının lideri Kir Starmer əvəz edəcək.
O, 2022-ci ildən Britaniyanın Baş naziri olub.
Fuad