Qonşu Gürcüstanda müxalif "Dəyişiklik üçün Koalisiya" bloku və "Birlik: Milli Hərəkat" koalisiyasının nümayəndələri Parlament mandatlarından rəsmən imtina etdiklərini elan ediblər.
Onews.az xəbər verir ki, "Dəyişiklik üçün Koalisiya"nın lideri Nika Qvaramiya və "Birlik: Milli Hərəkat"ın lideri Tina Bokuçava Keçirilən brifinqdə bu barədə açıqlama veriblər.
Müxalif liderlər, Mərkəzi Seçki Komissiyasına fərdi müraciətlə müraciət edərək, heç bir namizədin qeydə alınmamasını və hətta bununla bağlı müzakirə edilməməsi üçün Gürcüstan parlamentinə məlumatların verilməməsini tələb ediblər.
Hər iki koalisiya lideri öz açıqlamalarında bir daha seçkilərin legitimliyini tanımadıqlarını və Parlament mandatlarından rəsmən imtina etdiklərini bildiriblər.
Qeyd edək ki, müxalifət partiyaları 26 oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələrini tanımır və ölkədə yenidən seçkilərin keçirilməsini tələb edirlər.
Rauf