Güney Azərbaycanın Təbriz şəhərində daha 7 azərbaycanlı milli fəal molla rejiminin təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb.
Bu barədə Onews.az-a Güney Azərbaycandakı milli fəallar bildiriblər.
Məlumata görə, onlar Təbrizin "Traktor" klubunun azarkeşləridir.
Artıq iki gündür ki, onların hansı istiqamətə aparılmaları barədə məlumat yoxdur.
ETTALAT tərəfindən oğurlanan şəxslər Hüseynəli Məhəmmədpur, Mirsadiq Qulamzadə, Əliehsan Nacizadə və başqalarıdır.
Turan