• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Kofta əynimdən elə çıxdı ki, iç paltarım görsəndi – ŞOK İDDİA + SƏS YAZISI

Təhsil

23-01-2025, 16:30
Kofta əynimdən elə çıxdı ki, iç paltarım görsəndi –

Yanvarın 23-ü səhər saatlarında Bakıda, 212 saylı məktəbdə valideyn İlahə Hüseynova təhsil ocağının direktoru və adıçəkilən müəssisədə mühafizəçinin hücumuna məruz qaldığını iddia edir.

Onews.az xəbər verir ki, bu barədə “Hörümçək TV”-yə məktəb rəhbərinin, direktor müavini və mühafizəçinin hücumuna məruz qaldığını söyləyən İlahə Hüseynova məlumat verib.

Valideyn İlahə Hüseynovanın iddiasına görə, bu gün səhər 212 saylı məktəbə çağırılıb.

Övladının sinif rəhbərinin çağırışı ilə təhsil ocağına gələn valideyn burada hücuma məruz qaldığını dilə gətirib:

“Övladım Nərimanov rayonunda yerləşən 212 saylı məktəbin rus bölməsində təhsil alır. Yeddinci sinifdə təhsil alan Markov Məmmədxan Alekseyeviçin anasıyam. Bu səhər qızımı aparıb məktəbə düşürdüm. Qızım birinci növbədə təhsil alır. Saat 9-da gördüm oğlumun sinif rəhbərindən – Nüşabə Qasımovadan mənə mesaj gəlib. Mesajda qeyd olunurdu ki, bütün müəllimlər, valideynlər Məmmədxandan şikayətçidirlər və Məmmədxan təcili şəkildə məktəbdən çıxmalıdır. Mən də bir ana, valideyn olaraq sinif rəhbərinə səs atdım ki, Nüşabə müəllimə indi özümü məktəbə çatdırıram. İşdə də ola bilərdim, sonra da gedərdim, amma valideyn kimi məsuliyyət daşıyıram, getdim”.

Valideyn İlahə Hüseynovanın iddiasına görə, hadisələr elə bu zaman özünün kuliminasiya nöqtəsinə çatıb:

“Oğlumun sinif rəhbərinə dedim ki, kimlər, hansı müəllimlər Məmmədxandan şikayət yazıblarsa, çağırın, söhbət edək. Görək, uşağın problemi nədir?! Müəllim dedi ki, vaxtım yoxdur, mən səni çağırmamışam. Cavab verdim ki, necə çağırmamısınız, axı, siz mənə səsli mesajlar göndərmisiniz?! Biz dəhlizdə söhbət edirdik. Bir az emosional danışırdım, çünki iki gündən bir məni məktəb direktorunun otağına çağırırdılar. Övladım cinayət törətməyib, heç kimin uşağına sataşmayıb, kiminsə cibinə girərək pul oğurlamayıb. Heç kimi təhqir etməyib. Bu barədə direktor Sevil Cavadovaya məlumat verdilər. Direktor da bayıra çıxdı və möhkəm şəkildə əlimdən tutaraq məni itələdi. Ona dedim ki, niyə məni bayıra çıxarırsınız, mən sizin yanınıza söhbətə gəlmişəm. Bildirdim ki, gedək otağınıza, orada söhbət edək. Gördü ki, mən yerdən bərk yapışmışam, çıxmaq istəmirəm. Bu zaman məktəbin direktoru mühafizəçini çağırdı ki, gəlib ona kömək etsin. Sonra məktəbin qapısını bağladılar (ağlayır-T.T), sonra məktəbə gələn uşaqlara dedilər ki, içəriyə arxa qapıdan keçsinlər. Mühafizəçi ilə birlikdə məni itələyə-itələyə bayıra çıxardılar”.

İlahə Hüseynova iddia edir ki, bu zaman ona zor tətbiq edənlər daha aşağılayıcı hərəkətlər ediblər:

“Saçımdan tutub itələdilər. Bu zaman kofta əynimdən elə çıxdı ki, iç paltarım görsəndi. Bütün bunlar şagirdlərin gözünün qarşısında baş verdi. Çünki tənəffüs idi. Müəllimlər də baş verənləri gördülər. Məni məktəbdən bayıra atdılar. Məktəbin qapısını da, darvazanı da bağladılar. Bir valideyn olaraq məni niyə bayıra atırlar, səbəbi nədir?! Mənə əl qaldırdılar, döydülər. Axı, mən ora adam döyməyə, təhqir etməyə gəlməmişdim?! Özümü çox pis hiss edirəm, rahat danışa bilmirəm, üzr istəyirəm. Direktor dedi ki, sən yüksək tonla danışırsan və mənim sakitliyimi pozursan (yenə ağlayır). Direktor mənə dedi ki, məni başqa direktorlarla səhv salma, halbuki, 8 ildir həmin məktəbdə 3 uşağım təhsil alır. Bu günə qədər heç bir müəllimlə, direktorla problem yaşamamışam”.

İlahə Hüseynovanın redaksiyamıza göndərdiyi şəkillərdən belə aydın olur ki, Məmmədxan Markov fəal şagirdlərdəndir. Sinif rəhbəri ilə çəkdirdiyi fotolarda yaxasından xeyli medal asıldığı, əlində “Diplom”, “Fəxri fərman” tutduğu görünür.

Məmmədxanla sinif rəhbəri burada qalsın, indi sizə kimdən deyim, nədən danışım – məktəb direktoru Sevil Cavadovadan və onun bizə söylədiklərindən...

Məsələ ilə bağlı qarşı tərəfin – 212 saylı təhsil ocağının direktoru Sevil Cavadova ilə əlaqə saxlayıb onun mövqeyini öyrənməyə çalışdıq. Amma ilk cümləsindən hiss olundu ki, məktəb direktoru sualımızdan yayınmağa çalışır:
- Sevil xanım, salam!
- Salam!
- Sizi narahat edən “Hörümçək TV-dən Turaldır.
- Buyurun.
- Valideyn İlahə Hüseynova redaksiyamıza müraciət ünvanlayıb. Bu gün siz və müavininiz tərəfinizdən təhqir olunduğunu, döyüldüyünü iddia edir. Məsələyə münasibətinizi öyrənmək istəyirik.
Bir neçə dəfə imzamı və əməkdaşı olduğum “Hörümçək TV”-nin adını təkrarlayır. Məktəb direktoru sanki hansı cavabı verəcəyi ilə bağlı “vaxt udmağa” çalışırdı. Müəyyən qısa sükutdan sonra telefonun o başından məktəb rəhbərinin səsi eşidilir:
- Hazırda bələdiyyə seçkiləri ilə bağlı işdə deyilik. Seçkidə məntəqə sədri kimi fəaliyyət göstəririk. Təfərrüat öyrənildikdən sonra sizə məlumat verilər.
- Müəllim, valideyn sizi şəxsən ittiham edir. Yəni əsas ittiham olunan tərəf sizsiniz. Hansı təfərrüatı nəzərdə tutursunuz?
- Təfərrüatı öyrənib sizə məlumat verərik, təşəkkür edirəm – deyib, valideyn döyməkdə ittiham olunan məktəb direktoru telefonu üzümüzə söndürür.

***
Yayılan səs yazısı ilə bağlı araşdırmalara başlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Lent.az-ın sorğusuna cavabında bildirib ki, vətəndaşın müraciəti üzrə hazırda Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində araşdırma aparılır.

Araşdırmanın nəticəsinə əsasən müvafiq qərar qəbul ediləcək.

***
Məsələ ilə bağlı orta məktəb də məlumat yayıb.

Məktəbin yaydığı məlumatda qeyd olunur ki: "Məktəbin VII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) davranış qaydalarını mütəmadi olaraq pozur, müəllim və şagirdlərə qarşı qeyri-etik ifadələr işlədir, dərs prosesi zamanı aqressiv davranışlar göstərir, eyni zamanda digər şagirdlərə təzyiq edir. Ümumilikdə şagirdin hərəkətləri tədris prosesinin pozulmasına səbəb olur.

Həmin sinifdə tədris aparan müəllimlər şagirdin dərs prosesini ciddi şəkildə pozduğuna görə mütəmadi olaraq şikayətlənirlər. Onlar bununla bağlı məktəb rəhbərliyinə rəsmi müraciət ünvanlayıblar.

Şagirdlə məktəb rəhbərliyi və məktəbin psixoloqu tərəfindən profilaktik söhbət aparılıb, müvafiq tövsiyələr verilib. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib.

“Məktəblinin dostu” layihəsinin psixoloqu tərəfindən də tövsiyə olunub ki, valideyn övladının davranışlarına nəzarəti artırsın.

Tədris prosesini davamlı olaraq pozan, müəllim və şagirdlərə qarşı qeyri-etik ifadələr işlədən övladının həkim müayinəsindən keçirilməsi tövsiyə olunduğu üçün valideyn məktəbə gələrək məktəb rəhbərliyi və müəllimlərə nalayiq ifadələr işlədib, açıq ictimai hörmətsizlik nümayiş etdirib, tədris prosesinin gedişatına maneçilik törədib.

Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır.

Məsələ ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarının müvafiq nümayəndələrinə də məlumat verilib".

Tural Turan

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Araşdırma

31-05-2024, 16:30

DİM bu dəfə aşıqları imtahana çəkəcək

Biznes

2-06-2024, 09:14

Bu gün imtahan var...

Siyasət

1-06-2024, 14:44

Şuşadakı məktəbdə rus dili də keçiriləcək?

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

Təhsil

8-12-2024, 22:00

"Eagles" Olimpiadasının mükafatlandırma tədbiri keçirildi

Araşdırma
Antraktidakı “Qanlı göl”: Mənfi 10 dərəcədə donmamasının
Antraktidakı “Qanlı göl”: Mənfi 10 dərəcədə donmamasının səbəbi nədir?
Dünyanın ilk hərb nəzəriyyəçisi kimdir? -
Dünyanın ilk hərb nəzəriyyəçisi kimdir? - MARAQLI FAKTLAR
ABŞ-ın SSRİ-dən qaçırdığı 1 milyon dollarlıq casusun
ABŞ-ın SSRİ-dən qaçırdığı 1 milyon dollarlıq casusun TAM MƏXFİ DOSYESİ
Aqşin Yenisey Amerikadan YAZIR:
Aqşin Yenisey Amerikadan YAZIR: "Vay gələcək nəsillərin halına..."
Biznes
Neftimiz bu gün neçəyə satılır?
Bu gün, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Nobel mükafatçısı türk lirəsindən
13-09-2025, 22:46
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Gələn il neft və qaza təlabat nə qədər olacaq?
10-09-2025, 16:49
Gələn il neft və qaza təlabat nə qədər olacaq?
Bu il türk lirəsini nələr gözləyir? -
10-09-2025, 12:16
Bu il türk lirəsini nələr gözləyir? - İnsel açıqladı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
10-09-2025, 10:58
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Bakı nefti ucuzlaşdı
8-09-2025, 16:41
Bakı nefti ucuzlaşdı
Son xəbərlər
  • Bu gün, 13:20
    Neftimiz bu gün neçəyə satılır?
  • Bu gün, 13:04
    Zəngəzur dəhlizi ilə bağlı ŞAD XƏBƏR
  • Bu gün, 13:02
    Beş il sonra bu ölkə su altında qala bilər
  • Bu gün, 13:00
    Onlar Azərbaycanın qardaşıdır, bizim yox - Paşinyan
  • Bu gün, 12:59
    İranla ABŞ-ın maraqları Zəngəzurda üst-üstə düşür - Tural Turan
  • Bu gün, 12:00
    Lukaşenkodan Tramp AÇIQLAMASI
  • Bu gün, 09:00
    Mossad Qətərdə HƏMAS liderlərinin öldürülməsinə görə məsuliyyət daşımayıb
  • Dünən, 17:45
    Alnının qırışları səngərə bənzəyən şair: O, kimdir?
  • Dünən, 11:30
    Antraktidakı “Qanlı göl”: Mənfi 10 dərəcədə donmamasının səbəbi nədir?
  • Dünən, 11:28
    Dünyanın ilk hərb nəzəriyyəçisi kimdir? - MARAQLI FAKTLAR
  • Dünən, 11:27
    Gəl, gəl bir də öp... - Tural Turanın ŞEİRİ
  • Dünən, 11:24
    Türklərin 500 il hökm etdiyi, qızılın məmləkəti: Monitora YAXIN OTURUN...
  • Dünən, 11:23
    Nə üçün şair və yazıçıların “həci”si yoxdur?
  • Dünən, 11:22
    Yetim quzunun gözü... - HEKAYƏ
  • Dünən, 11:21
    İndi bildinizmi kimdir Emil Rasimoğlu? - KÖŞƏ
  • 13-09-2025, 22:46
    Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
  • 13-09-2025, 16:20
    ABŞ-ın SSRİ-dən qaçırdığı 1 milyon dollarlıq casusun TAM MƏXFİ DOSYESİ
  • 12-09-2025, 22:57
    Bəs, Əkrəm Əylislinin “yazıçı günahı” nə oldu? - KÖŞƏ
  • 12-09-2025, 21:48
    Əliyevadan TƏKLİF: Vahid valyuta yaradılsın...
  • 12-09-2025, 21:36
    Ukraynadakı “Sevgi tuneli”: sevgilinizlə buradan keçsəniz, arzunuz çin olacaq
  • 12-09-2025, 21:35
    400-dən artıq turistin girişinə icazə verilməyən əsrarəngiz ada HARADADIR?
  • 12-09-2025, 20:44
    Aqşin Yenisey Amerikadan YAZIR: "Vay gələcək nəsillərin halına..."
  • 12-09-2025, 20:43
    Dünyanın ən qeyri-adi kəndi: Hobbitdə olmusunuzmu?
  • 12-09-2025, 19:50
    26 günlük erməni-gürcü savaşı: İngilislərin bitirdiyi döyüşün qalibi kim oldu?
  • 12-09-2025, 18:15
    Bir ifadənin tarixi: "Tufanan dağılmasın" haradan gəlir?
  • 12-09-2025, 18:09
    Stalinin Bakıda boğulmaqdan xilas etdiyi, 14 il sonra evləndiyi qadın kim idi?
  • 12-09-2025, 18:07
    Asiyanın “qara mirvarisi”: Pakistan haqqında az bilinən DETALLAR
  • 12-09-2025, 18:02
    Ədəbiyyatın gerçək leytmotivi... - Emil Rasimoğlu YAZIR
  • 12-09-2025, 17:58
    Dünyanın ən bahalı adası: Otelin bir gecəlik qiyməti görün, neçəyədir? - DETALLAR
  • 12-09-2025, 17:55
    Saatım indi Murat Menteşə işləyir…
  • 12-09-2025, 17:53
    Ramiz Rövşənin və Salam Sarvanın “ağlaşma ədəbiyyatı” haqqında…
  • 12-09-2025, 17:16
    Kişiləri qısqanc, qadınları çoxuşaqlı, acılı yeməklərin ölkəsi: Bura haradır?
  • 12-09-2025, 17:14
    Romanın əsası necə qoyulmuşdu? – Bir şəhərin TARİXİ
  • 12-09-2025, 15:36
    Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
  • 12-09-2025, 15:35
    Yeni dünya düzənində Bakının vizyonu necə olacaq? - BAXIŞ BUCAĞI
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə