Qlobal istiləşmə həyatın bütün sahələri kimi hərb işinə də təsirsiz ötüşmür.
Onews.az xəbər verir ki, Texas Universitetinin əməkdaşları iqlim dəyişikliyinin ölkələrin hərbi potensialına təsirini araşdırıblar. Məlum olub ki, qlobal istiləşmə nəticəsində sualtı qayıqlarla bağlı problemi daha ciddi vəziyyət alır.
Okean suları isindikcə və duzluluq artdıqca dəniz radarlarının sualtı qayıqları aşkar etməsi çətinləşir. Ən arzuolunmaz vəziyyət Atlantik və Sakit okeanlardadır.
Hazırda bu ərazilərdə radarlar sualtı qayıqları 35-60 kilometr məsafədə aşkar edə bilir. İqlimlə bağlı vəziyyət universitetin ehtimal etdiyi ssenari üzrə gedərsə, o zaman radarlar ən yaxşı halda 20 kilometr məsafədəki sualtı qayıqları aşkar edə biləcək.
Bu da əksər ölkələrin təhlükəsizliyinə təhdid yaradacaq.
Rauf