1918-ci il iyulun 17-də Rusiya çarı II Nikolay, həyat yoldaşı Aleksandra və beş uşağı öldürülsə də, uşaqların ən kiçiyi olan Anastasiyanın birtəhər sağ qaldığına inanılırdı.
Onews.az xəbər verir ki, Anastasiyanın ölümdən qaçması ilə bağlı saysız-hesabsız pyeslər, filmlər və kitablar yayımlanır.
Amma həqiqət uzun illər sonra ortaya çıxır.
Tarixlər 1991-ci ili göstərdikdə, Nikolayın, Aleksandranın və onların üç uşağının qalıqları aşkar olunur.
Anastasiyaya məxsus sümüklər də bu qalıqlar arasında idi.
Çarın oğlu Aleksey və qızı Mariyanın cəsədləri isə 2007-ci ildə başqa bir məzarda aşkar edilir.
Elgiz