Budəfəki qəhrəmanımız Böyük Vətən müharibəsi illərində artilleriya diviziyasının komandiri olur. O, alman faşizminə qarşı xüsusi amansızlığı ilə seçilir. Düşmənə sarsıdıcı zərbələr vurduğuna görə, “Qızıl ulduz”u yaxasından asırlar.
Müharibədən sonra general-mayor rütbəsinə qədər yüksəlir. Azərbaycan SSR-nin daxili işlər nazirinin müavini postunu tutur. Onews.az xəbər verir ki, söhbət əfsanəvi Azərbaycan generalı Salahəddin Kazımovdan gedir.Səlahəddin Kazımov 1920-ci ildə Zaqatalanın Dağlı kəndində doğulur. 1941-ci ildə hərbi xidmətə çağrılır. Növbəti ilin aprelindən Mərkəzi cəbhədə 13-cü ordu tərkibində döyüşür.
Zabit Kazımov 62-ci artilleriya alayında batalyon komandiri vəzifəsində döyüş əməliyyatında başlayır. Baş leytenant S.Kazımov Desna, Dnepr və Pripyat çaylarının keçilməsi əməliyyatlarında fərqlənir. Dnepr çayını keçərkən sərrast atəş ilə düşmənin atəş nöqtələrini susdurur.
Alayın Dneprin sağ sahilinə keçməsini reallaşdırır. Həmçinin hücüm əməliyyatının Çerniqov və Qomel istiqamətlərində genişlənməsini təmin edir. 1943-cü ilin 16 oktyabrında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Müharibədən sonrakı dövrdə Azərbaycanda Daxili İşlər Nazirliyi sistemində işləyir.
General Kazımov 1978-ci ildə fani dünya ilə vidalaşır. O, işdə olarkən daxili işlər naziri Arif Heydərovla birgə elə otağındaca güllələnir. Salahəddin Kazımovun Bakı şəhərində yaşadığı binaya baralyefi vurulur.
Fuad