Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev sonuncu qurultayda bir daha quruma rəhbərlik üçün namizədliyini irəli sürməyəcəyini söyləmişdi.Qarşıdan 14-cü qurultay gəlir. Bəs bu dəfə 86 yaşlı Anar Rzayev sözünün üstündə duracaqmı, yazıçı Rzayevin yerinə kimlər AYB sədri postu üçün mübarizə aparacaq?
13-cü qurultayda Xalq yazıçısının ən ciddi rəqiblərindən olan şair, Prezident təqaüdçüsü
Emil Rasimoğlu idi. Bəs o, 14-cü qurultayda sədrlik postuna iddiasını növbəti dəfə ortaya qoyacaqmı?
Suallarımızı şair Emil Rasimoğluya ünvanladıq.
O,
Onews.az-ın suallarını cavablandırarkən bildirdi ki, gənc şair hələ ki, namizədlik məsələsində qərarsızdır:
–
Emil bəy, AYB sədri Anar növbəti seçkilərdə namizədliyini irəli sürməyəcəyini dilə gətirmişdi. Sizcə, Anar sözünün üstündə duracaqmı?– Burada bir neçə mətləb var. Öncə hələ görəsən, Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı öz vaxtında, zamanında keçiriləcəkmi. Yazıçılar Birliyinin tarixində 2004-2014 faktı var. Yəni, necə deyərlər, qurultayın birini ortada “it-bata” salıblar və Anar növbəti sədrlik dönəminə seçkisiz keçib. İndi deməyim odur ki, Anar elə bir diktator təfəkkürünə malik şəxsdir ki, bu “olay”ı yenidən təkrarlatdıra bilər və ya ətrafının təkidi ilə yenidən namizəd olmaq iddiasına qalxar. 37 il “kürsü sevdası” ilə yaşayan adam necə deyərlər, hər an “iştaha” gələ bilər. Sadəcə onu bu dəfə öz istəyi kimi yox, ətrafının təkidi kimi qələmə verər...
–
Son seçkidə siz də namizəd idiniz. Anarın namizədliyini irəli sürməyəcəyi təqdirdə seçkilərə yenə də namizəd kimi qatılacaqsınızmı?– Öncə onu deyim ki, növbəti qurultaya Anar namizəd kimi qatılacaq və ya qatılmayacaq bu onun şəxsi təşəbbüsü olacaq. Təbii ki, qatılmasa yaxşıdı. Ancaq qatılsa məğlubdur. Mənə gəldikdə isə mən hələ namizədliyimi verib-verməyəcəyimi tam qərarlaşdırmamışam. Hələ ki, prosesləri izləyirəm...
Qeyd edək ki, AYB-nin sonuncu qurultayı 2022-ci ilin oktyabrında baş tutub.
Turan