Rusiya daxilində sərnişin daşımalarının 26 faizini həyata keçirən 30 kiçik və orta yerli aviaşirkət 2025-ci ildə müflis ola bilər.
Onews.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, maliyyə vəziyyətinin kəskin pisləşməsi və operator sertifikatlarının ləğvi xarici təyyarələrin lizinqinə görə yığılmış borcların ödənilməsini çətinləşdirir.
2022-ci ildə sanksiyaların tətbiqindən sonra onların bir çoxu lizinq ödənişlərini dayandırıb. 2025-ci ildə hökumət onlara olan borcların silinməsinə icazə versə də, bu məbləğlərdən 25% gəlir vergisi tutulacaq. Bu maliyyə gərginliyi onları müflis olmağa məcbur edə bilər.
Rauf