Kuril adaları sahillərində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Onews.az xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.
Onun sözlərinə görə, seysmik hadisə aprelin 28-də saat 10.04-də (Moskva vaxtı ilə 2.04) qeydə alınıb. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 42 kilometr şimal-şərqdə Sakit okeanda yerləşib.
Semenova qeyd edib ki, yeraltı təkanların mənbəyi 95 kilometr dərinlikdə olub.
Fuad