Çinin Sincan-Uyğur Muxtar Vilayətinin Qızılsu-Qırğız Muxtar Prefekturasının Atuşi şəhərində 5,2 bal gücündə zəlzələ baş verib.
Onews.az xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin episentri 19 km dərinlikdə yerləşib.