Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.
Onews.az-ın məlumatına görə, əklil mərhumun məzarı üstünə qoyulub.
Xatırladaq ki, E.Süleymanova aprelin 25-də 86 yaşında vəfat edib.
Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 1937-ci il iyulun 17-də Bakı şəhərində anadan olub. O, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor olub. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvü idi.
Fuad