• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Şəhidlərin əbədi izi, Zəfərin müqəddəs yaddaşı

Gündəm

24-09-2026, 11:51
Şəhidlərin əbədi izi, Zəfərin müqəddəs yaddaşı

Azərbaycan xalqının tarixində elə günlər var ki, onların mahiyyəti yalnız bir tarixlə məhdudlaşmır. 27 Sentyabr – Anım Günü də belə tarixlərdəndir. Bu gün Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi, şanlı Zəfərə aparan yolun ağır itkilər və böyük fədakarlıqlar hesabına keçildiyini xatırladan tarixi gündür.
“Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”, – Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu fikirləri şəhidlərimizin xatirəsinin xalqımız üçün daşıdığı böyük mənanı, minnətdarlıq hissini ifadə edir.
27 sentyabrın Anım Günü kimi təsis edilməsi təsadüfi deyil. Məhz 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə qarşı genişmiqyaslı hərbi təxribatından sonra Vətən müharibəsi başladı. 44 gün davam edən müharibə Azərbaycanın tarixində yeni səhifə açdı. Bu Zəfərin arxasında böyük fədakarlıq dayanırdı və həmin fədakarlığın ən uca zirvəsində şəhidlərimiz dayanır.
Qarabağ münaqişəsi uzun illər ərzində mürəkkəb siyasi proseslərlə müşayiət olunub. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, separatizm siyasəti və müxtəlif dövrlərdə səsləndirilən maksimalist ideyalar qarşıdurmanın dərinləşməsinə səbəb olub. Ermənistan siyasi dairələrində zaman-zaman gündəmə gətirilən “dənizdən dənizə Ermənistan” kimi ərazi iddiaları da bu yanaşmalar sırasında yer alıb.
1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin işğal olunması və yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi xalqımızın yaddaşında dərin iz buraxdı. Birinci Qarabağ müharibəsi şəhid və yaralılarla, itkin düşən insanlarla, dağıdılmış şəhər və kəndlərlə yadda qaldı. Buna baxmayaraq, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmadı və ərazi bütövlüyünün bərpası dövlət qarşısında əsas məqsədlərdən birinə çevrildi.
Uzun illər davam edən danışıqlardan nəticə əldə olunmaması vəziyyətin mürəkkəb olaraq qalmasına səbəb oldu. 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hərbi toqquşmalar və sonrakı təxribatlar gərginliyin artdığını göstərirdi. Sentyabrın 27-də baş verən genişmiqyaslı hərbi təxribatdan sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı və 44 günlük Vətən müharibəsi başlandı.
Şanlı Azərbaycan Ordusu ard-arda uzun illər işğal altında qalmış Vətən torpaqlarını azad etdikcə, xalqımızın qələbəyə inamı daha da artırdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daxili və xarici siyasətin nəticəsində ordu ön cəbhədə, xalq arxa cəbhədə vahid bir məqsədə doğru inamla irəliləyərək Böyük Qələbəyə nail oldu. Müharibənin həlledici hadisələrindən biri Azərbaycanın mədəniyyət beşiyi Şuşanın işğaldan azad olunması oldu. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Ardınca Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə işğalın nəticələrinin aradan qaldırılması istiqamətində mühüm mərhələ başlandı. Azərbaycan torpaqlarının düşmən işğalından tamamilə azad eilməsi, terrorçu qruplaşmaların zərərsizləşdirilməsi 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatları ilə başa çatdı. Terrorist yuvasına çevrilmiş Xankəndi şəhəri, Xocalı, Ağdərə, Xocavənd və Əsgəran tamamilə işğaldan azad edildi və müqəddəs vətən torpaqları öz qanuni sahiblərinə qaytarıldı.
Lakin Qələbənin mənasını yalnız azad edilmiş ərazilərlə izah etmək mümkün deyil. Bu Zəfər ilk növbədə şəhidlərimizin həyatı və qazilərimizin fədakarlığı ilə bağlıdır. Prezident İlham Əliyev bunu belə ifadə edib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq.”
Anım Gününün əsas mahiyyəti də məhz bundan ibarətdir. Şəhidlərin xatirəsini yaşatmaq yalnız onların adlarını yad etmək deyil. Bu, onların uğrunda canlarından keçdikləri Vətənə sahib çıxmaq, milli dəyərləri qorumaq və gələcək nəsillərə Azərbaycanın keçdiyi tarixi yolu düzgün çatdırmaqdır. Müharibənin ağrısını yaşamayan, lakin onun nəticəsində azad və bütöv Azərbaycanda böyüyən gənclər bu Zəfərin hansı qiymətə başa gəldiyini bilməlidirlər.
Tarixi yaddaşımızın qorunmasında Hərbi Qənimətlər Parkının da xüsusi yeri var. Burada Vətən müharibəsi zamanı əldə edilmiş hərbi texnika və digər qənimətlərin nümayiş etdirilməsi həmin dövrün hadisələrinin gələcək nəsillərə əyani şəkildə çatdırılmasına imkan yaradır.
Şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının dövlət qayğısı ilə əhatə olunması da Anım Gününün mənəvi mahiyyətinin mühüm hissəsidir. Vətən qarşısında ən böyük fədakarlıq göstərmiş insanların əmanətlərinə göstərilən diqqət və qayğı şəhidlərimizin xatirəsinə ehtiramın mühüm ifadəsidir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, şəhər və kəndlər yenidən qurulur, insanların doğma yurdlarına qayıdışı təmin edilir. Bu proses şəhidlərimizin uğrunda canlarından keçdikləri torpaqlarda həyatın yenidən canlanmasının rəmzidir.
Anım Günü həm kədər, həm qürur, həm də düşüncə günüdür. Bu gün biz Vətən uğrunda həyatını itirmiş qəhrəmanlarımızı dərin ehtiramla yad edir, onların bizə əmanət qoyduğu Zəfərin məsuliyyətini dərk edirik. Şəhidlərimizin xatirəsi qarşısında ən böyük borcumuz onların adlarını yaşatmaq, Vətənə və dövlətçiliyə sədaqəti gələcək nəsillərə ötürməkdir.
27 Sentyabr Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı gələcək nəsillər üçün örnək olacaq, onların əziz xatirəsi Azərbaycanın tarixində və xalqımızın qəlbində əbədi yaşayacaq.



Maral Salmanova – Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyinin
Uşaq və gənclərin inkişafı şöbəsinin baş məsləhətçisi,
YAP Nərimanov rayon Təşkilatının fəal üzvü

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm

23-09-2026, 18:10

27 Sentyabr – Anım Günü

Gündəm

28-09-2026, 10:02

27 Sentyabr – Anım Günü: Zəfərə aparan yolun qəhrəmanlıq salnaməsi

Gündəm

28-09-2026, 10:24

27 Sentyabr – Anım Günü: Zəfərə aparan yolun qəhrəmanlıq salnaməsi

Gündəm

23-09-2026, 17:19

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin əbədi yaşatdığı Vətən sevgisi

Gündəm

23-09-2026, 17:35

Anım Günü – Vətən uğrunda göstərilən fədakarlığın əbədi yaddaşı

---

23-09-2026, 17:27

27 Sentyabr – Anım Günü: Zəfərə aparan yol və şəhidlərimizin əbədi xatirəsi

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 12:26
    Azad Füzuli – Azərbaycanın quruculuq və inkişaf salnaməsinin yeni səhifəsi
  • Dünən, 12:14
    17 Oktyabr – Füzuli Şəhəri Günü: Tarixi Zəfərdən dirçəlişə doğru
  • 15-10-2026, 16:12
    Azərbaycan-Laos: ənənəvi dostluqdan əməkdaşlığa
  • 15-10-2026, 16:09
    17 Oktyabr – Füzuli şəhəri günü
  • 15-10-2026, 15:38
    17 Oktyabr – Füzulinin dirçəlişə açılan yolu
  • 14-10-2026, 17:42
    Vahid məktəbli forması — təhsil intizamının və bərabərliyin göstəricisi
  • 14-10-2026, 17:37
    HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ VƏ AZƏRBAYCAN DİLİNİN DÖVLƏTÇİLİK STRATEGİYASINDA YERİ: GƏNCLİYİN MİLLİ MƏSULİYYƏTİ
  • 14-10-2026, 17:08
    Məktəblərdə vahid geyim formasının tətbiqi: bərabərlik, nizam-intizam və sağlam təhsil mühitinin təmin olunması
  • 14-10-2026, 17:05
    YAP-ın VIII Qurultayına həsr olunmuş toplantı keçirilib
  • 14-10-2026, 16:57
    MƏKTƏBDƏ VAHİD DƏYƏRLƏRİN VİZUAL İFADƏSİ: İDEOLOJİ TƏHLÜKƏSİZLİK VƏ SOSİAL BƏRABƏRLİK KONTEKSTİNDƏ
  • 14-10-2026, 16:52
    İdeoloji təhlükəsizlik və milli maraqlar: Müasir çağırışlar fonunda gəncliyin rolu
  • 14-10-2026, 16:48
    Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafı üçün yeni imkanlar
  • 14-10-2026, 16:43
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:38
    YAP Nərimanov rayon təşkilatı tərəfindən İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:29
    YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
  • 14-10-2026, 16:23
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 13-10-2026, 18:22
    Məktəb geyimi – təhsil mədəniyyətinin və milli dəyərlərin tərkib hissəsi
  • 13-10-2026, 18:21
    AZƏRBAYCANIN SABAHINA APARAN YOL
  • 13-10-2026, 16:45
    Azərbaycanın xarici siyasətində Asiya istiqaməti və Kamboca ilə əməkdaşlığın əhəmiyyəti
  • 13-10-2026, 16:41
    Təhsildə vahid yanaşma və sağlam məktəb mühiti dövlətçilik dəyərlərinin tərkib hissəsidir
  • 13-10-2026, 16:30
    Məktəbli geyimi – təhsil mühitində vahidlik, nizam-intizam və milli dəyərlərin ifadəsi
  • 13-10-2026, 16:17
    Azərbaycan–Kamboca münasibətləri: əməkdaşlığın yeni istiqamətləri və inkişaf perspektivləri
  • 13-10-2026, 16:11
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 16:06
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 15:53
    Azərbaycan və Kamboca arasında əməkdaşlığın genişləndirilməsi yeni perspektivlər yaradır
  • 13-10-2026, 15:48
    “Biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.- Prezident Ali Baş Komandan İlham Əliyev
  • 13-10-2026, 15:39
    İdeoloji təhlükəsizlik milli dövlətçiliyimizin və gələcəyimizin əsas təminatıdır
  • 13-10-2026, 15:36
    Milli-mənəvi dəyərlərin yaşadılması və qorunması Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindəndir
  • 13-10-2026, 15:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Güclü dövlət, milli birlik və davamlı inkişafın siyasi təminatı
  • 13-10-2026, 15:14
    Azərbaycan–Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
  • 13-10-2026, 15:07
    Məktəb mühitində vahid geyim mədəniyyəti və məsuliyyət prinsipləri
  • 13-10-2026, 14:54
    Strateji prioritetlər Azərbaycanın qarşısındakı hədəfləri daha aydın göstərir
  • 13-10-2026, 14:44
    Vahid məktəbli formasının üstünlükləri nələrdir?
  • 13-10-2026, 14:40
    Azərbaycan-Kamboca münasibətləri: Yeni inkişaf mərhələsində bizi nələr gözləyir?
  • 13-10-2026, 14:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Yeni dövrün çağırışları və tarixi missiyası.
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə